Seutada miqrant böhranında Mərakeş hökümətinin əli var? - İspaniya araşdırır

Seutada miqrant böhranında  Mərakeş hökümətinin əli var? - İspaniya araşdırır
04.08.2026 17:27 Dünya

İspaniya hökuməti Seuta şəhərində yaranmış miqrant böhranında Mərakeş hakimiyyətinin mümkün rolunu araşdırır.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner Aİ-yə üzv ölkələrin daxili işlər nazirlərinin Seutadakı vəziyyətlə bağlı keçirilən təcili onlayn iclasından sonra təşkil olunan mətbuat konfransında məlumat verib.

Brunner jurnalistlərin Mərakeş hakimiyyətinin böhranın təşkilində iştirak edib-etmədiyi barədə sualını cavablandırarkən bildirib ki, hazırda İspaniya bu istiqamətdə araşdırma aparır.

"İspaniya araşdırma aparır. Nəticələri gözləməliyik. İstintaq başa çatana qədər bu barədə hər hansı fikir bildirmək düzgün olmaz", – deyə o vurğulayıb.

Bu suallar Mərakeşdən yayılan və sosial şəbəkələrdə paylaşılan videogörüntülərdən sonra gündəmə gəlib. Həmin kadrlarda miqrantları daşıyan yük maşınlarının Seuta sərhədinə doğru hərəkət etdiyi, sərhədə yaxın ərazilərdə isə polis tərəfindən dayandırıldığı görünür.

Avropa Komissiyasının məlumatına görə, böhranın yaranmasında cinayətkar insan qaçaqmalçılığı şəbəkələrinin də rolu olub. Bildirilir ki, həmin qruplar ərəbdilli sosial media platformalarında məqsədli şəkildə dezinformasiya və yanlış çağırışlar yayaraq minlərlə miqrantın Seutaya yönəlməsinə şərait yaradıblar.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 AVQUST 2026
25 ştat Trampa qarşı “ayağa qalxdı” - Məhkəməyə müraciət edildi 19:40 Yaxın Şərqdən gələn xəbər nefti ucuzlaşdırdı 19:24 Bu miqrantlar üçün Rusiyanın “qapısı bağlandı” - Putindən QƏRAR 19:11 Putin və Braziliyalı həmkarı Ukrayna ilə bağlı nə danışdı? 18:56 SON DƏQİQƏ: Hörmüz boğazı açıqdır 18:46 İran İraq və Küveyt sərhədinə qoşun yığır - TƏCİLİ - VİDEO 18:40 İranda güclü partlayış baş verdi - VİDEO 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Bu ölkə nüvə tullantılarını “gizlədir” - Dünyada İLK 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 T-72: Sovet zirehli texnikasının ən uzunömürlü nümunəsi 17:12 Seutada miqrant böhranında Mərakeş hökümətinin əli var? - İspaniya araşdırır 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Bütün Xəbərlər