Rusiya dövlət kanalında Azərbaycana növbəti hörmətsizlik - VİDEO

Rusiya dövlət kanalında Azərbaycana növbəti hörmətsizlik - VİDEO
12.05.2026 01:35 Dünya

Kremlin əsas təbliğatçılarından olan Vladimir Solovyov yenidən Rusiya dövlət televiziyasının efirində Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, bu barədə "BTNEWS.az" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, rusiyalı təbliğatçı “Rossiya 1” kanalının efirində Gəncəsar, Qarabağ və “ermənilərin qədimliyi” barədə danışmağa başlayanda bu, tarixi müzakirə kimi deyil, faktların növbəti dəfə televiziya isteriyası ilə əvəz olunmasına cəhd kimi görünür. Amma əsas məsələ onun növbəti manipulyasiyası belə deyil. Əsas odur ki, Solovyov yenidən Rusiya dövlət televiziyasının efirində açıq şəkildə Azərbaycana hörmətsizlik göstərib.

O, Baş nazir Nikol Paşinyanın Qarabağın Ermənistan ərazisi olmadığı barədə sözlərindən narazılığını ifadə edib və dərhal köhnə təbliğat arqumentini ortaya atıb: guya Gəncəsər varsa, deməli hər şey ermənilərindir. Bu, ucuz tok-şou səviyyəsində bir məntiqdir: xristian məbədi gördünsə, avtomatik olaraq onu erməni tarixinə aid edirsən.

Lakin Solovyovun problemi ondadır ki, Gəncəsər Qarabağ üzərində erməni hüququnun sübutu deyil, əksinə, məhz bu mifologiyaya vurulan ən güclü zərbələrdən biridir. Gəncəsər Qafqaz Albaniyasının mənəvi mərkəzi olub və monastırın əsas kitabəsində onun Alban kilsəsi və Alban katolikosu Nerseslə bağlı olduğu göstərilir. Məbəd 1241-ci ildə Həsən-Cəlal Dövlənin dövründə təqdis olunub və onun titulu Xaçın Atabəyi kimi qeyd edilib ki, bu da tarixi birbaşa erməni versiyasının çərçivəsindən çıxarır.

Və məhz burada Solovyov üçün ən narahatedici məqam başlayır. O, Gəncəsərdən "ən böyük erməni məbədi" kimi danışır, amma niyə onun tarixində Qafqaz Albaniyası, Alban katolikosluğu, Xaçın Atabəyi, türk adları, türk elementləri və sonrakı dövrlərdə edilmiş dəyişikliklərin izləri ortaya çıxdığını izah etmir. Əgər hər şey bu qədər sadədirsə və "hər şey ermənilərindirsə", onda niyə onilliklər boyu dəyişdirmək, silmək, "bərpa etmək" və yenidən yazmaq lazım gəlib?

Amma Qarabağ Solovyovun studiyası deyil ki, qonaqların sözünü kəsəsən, qışqırasan və xoşagəlməz həqiqətləri "antitarix" elan edəsən. Qarabağ Azərbaycan ərazisidir. Və Rusiya dövlət televiziyasının efirindən yenidən Azərbaycan tarixini, Azərbaycan irsini və Azərbaycan suverenliyini şübhə altına almağa çalışırlarsa, bu artıq sadəcə təbliğat deyil. Bu, Azərbaycana nümayişkaranə hörmətsizlikdir.

Gəncəsər alban, xristian və regional irsin bir hissəsidir. Onu yalnız Solovyovun və Cənubi Qafqazda yaranmış yeni reallığı hələ də qəbul edə bilməyənlərin maraqlarına uyğun olduğu üçün zorla erməni təbliğat sxeminə yerləşdirmək olmaz.

Xüsusilə də Rusiya televiziyasından "qədimlik" və "tarixi ədalət" barədə mühazirələr eşitmək gülünc görünür. İllərlə işğalları, sərhədlərin yenidən bölüşdürülməsini və imperiya siyasətini müdafiə edən həmin şəxslər indi qəfildən məbədlərin və tarixin müdafiəçilərinə çevriliblər. Amma bu, irsin qorunması deyil. Bu, adi siyasi spekulyasiyadır.

Solovyov bir sadə həqiqəti anlamalıdır: efirdə səsin yüksək olması faktları əvəz etmir. Nə qədər "erməni məbədi" deyə qışqırsan da, bundan alban irsi yox olmayacaq, Qarabağ da Azərbaycan olmaqdan çıxmayacaq.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 All News