Litva prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNDİ

Litva prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNDİ
23.06.2026 14:19 Dünya

Litva Prezidenti Gitanas Nauseda İnqa Ruqinenenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə LRT portalı məlumat yayıb.

Nauseda, həmçinin baş nazir vəzifəsinə namizəd Mindauqas Sinkyaviçyusla görüşəcək, cümə axşamı isə onun namizədliyini Seymin müzakirəsinə təqdim edəcək.

Namizədliyi təsdiq ediləcəyi təqdirdə Sinkyaviçyus 15 gün ərzində prezidentlə razılaşdırılmaqla hökumətin tərkibini və proqramını təqdim etməlidir, bundan sonra Seymdə yeni hökumətin təsdiqlənməsi üçün səsvermə keçiriləcək.

Ruqinene bildirib ki, Sinkyaviçyus hələ ötən il ovaxtkı hökumət başçısı Qintautas Paluçkasın istefasından sonra ölkənin baş naziri olmalı idi: "İndi baş verənlər keçən il baş verməli idi. Bu addım təxirə salınmışdı".

Qeyd olunub ki, Ruqinenenin baş nazir postunu tərk etdikdən sonra Sosial Təminat və Əmək Nazirliyindəki işinə qayıdacağı gözlənilir.

TodayPress TV

***

12:00

Litvada İnqa Ruqinenenin hökuməti koalisiyanın yenidən təşkili ilə əlaqədar istefa verdiyini elan edib.

TodayPress TV LRT portalına istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin iclasında qəbul edilib.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 Bütün Xəbərlər