Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ

Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ
15.08.2026 23:55 Dünya

Qətər İranlı pilotların ölkənin hava məkanını pozduqdan sonra saxlanılması barədə məlumatları rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari "X" sosial şəbəkəsində yazıb.

"İranlı pilotların saxlanılması ilə bağlı yayılan bəyanatları qəti şəkildə təkzib edirik və hazırda, regionda gərginliyin azaldılmasına yönəlmiş davamlı diplomatik səylər və təşəbbüslər fonunda bu yanıltıcı bəyanatlara təəccüblənirik", - deyə o bildirib.

Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Qətər tərəfi pilotların ölkənin hava məkanını pozmasından və hücum trayektoriyasının təsdiqlənməsindən sonra onlarla əlaqə yaradıb. Bundan sonra hərbçilər pilotlarla yenidən əlaqə saxlamağa çalışıblar, lakin cavab almayıblar.

O qeyd edib ki, Qətər beynəlxalq hüquqa və güc tətbiqi qaydalarına uyğun olaraq ərazisini qorumaq üçün zəruri tədbirlər görüb, həmçinn bu məlumatı rəsmi kanallar vasitəsilə çatdırıb.

Xatırladaq ki, İran avqustun 15-də Qətər hərbçilərinin mart ayında döyüş uçuşu zamanı təyyarələrin qəzaya uğramasından sonra üç İran Su-24 pilotunu əsir saxladığını bildirib. İran Silahlı Qüvvələri Baş Qərargahının itkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqerzade pilotların təxminən altı aydır əsirlikdə olduqlarını və ailələri ilə əlaqələrinin olmadığını iddia edib.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 AUGUST 2026
Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın” 21:33 Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı 20:53 Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı 20:37 Şəkil başqa söz deyir, Tramp başqa - FOTO 20:20 Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO 20:02 Ucarda dəhşətli qəza - 6 nəfər yaralandı - FOTO 19:49 Ərdoğan Qəzza ilə bağlı: “Nə lazımdırsa, edəcəyik!” 19:20 İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir” 19:12 All News