Ucarda dəhşətli qəza - 6 nəfər yaralandı - FOTO
Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Nəticədə altı nəfər xəsarət alıb.
Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.