Qazaxıstan və Rusiya bir sıra hökumətlərarası sazişlər imzaladılar

Qazaxıstan və Rusiya bir sıra hökumətlərarası sazişlər imzaladılar
12.11.2025 22:30 Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya lideri Vladimir Putinin iştirakı ilə iqtisadiyyat, nəqliyyat, kosmos, təhsil, ekologiya və təhlükəsizlik sahələrində əməkdaşlığa dair bir sıra hökumətlərarası və qurumlararası sənədlərin mübadiləsi həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə ”Akorda" məlumat yayıb.

Bildirilib ki,  əsas sazişlər arasında 2026–2030-cu illər üçün Kompleks İqtisadi Əməkdaşlıq Proqramı, üçüncü ölkələrə ixrac üçün tranzit dəmir yolu daşımaları və yüklərin aşırılması sahəsində əməkdaşlıq sənədləri, nəqliyyat təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət və "Soyuz-5" və "Bayterek" kosmik raket komplekslərinin uçuş sınaqlarının keçirilməsi üçün Qazaxıstan-Rusiya hökumətlərarası komissiyasının yaradılması yer alır.

Həmçinin Rusiyanın Aktau şəhərində Baş Konsulluğun yaradılması ilə bağlı sazişlər, xüsusi iqtisadi zonaların inkişafı sahəsində əməkdaşlığa dair memorandumlar və Qazaxıstan-Rusiya ümumtəhsil təşkilatlarının yaradılması ilə bağlı sənədlər imzalanıb.

Əməkdaşlığın mühüm hissəsi Rusiyadan Qazaxıstana Amur pələnglərinin gətirilməsinə və onların ilkin adaptasiyasına hazırlıq üzrə birgə tədbirlər planının imzalanması, eləcə də Qazaxıstanın Atom Enerjisi Agentliyi ilə Rusiyanın Ekoloji, Texnoloji və Atom Nəzarəti üzrə Federal Xidməti arasında nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair memorandumun imzalanması və digər sənədlər olub.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 All News