Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!
28.07.2026 20:08 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan həyatına təhdilər olması ilə bağlı videomüraciət yayıb.

TodayPress TV Ölkə.az-a istinadla xəbər verir ki, Anna Akopyan bununla bağlı İnstaqram səhifəsində video paylaşım edib. O müraciətində son günlərdə ölkədə məişət zorakılığı məsələsini ictimailəşdirməsindən sonra həyatı üçün təhlükə hiss etdiyini qeyd edib.

"Məişət zorakılığı haqqında açıq danışmağa başladıqdan sonra həyatıma qarşı təhdidlər hiss edirəm. Ümid edirəm ki, dövlət qurumları bu kimi halların qarşısını ala biləcəklər. Çünki baş nazirin həyat yoldaşı zorakılığın qurbanı olsaydı, bu, ölkənin nüfuzuna ciddi zərbə olardı", - Akopyan vurğulayıb.

Akopyan videomüraciətində qadınlara məişət zorakılığı halları barədə susmamağa çağırıb.

"Yalnız biz bir-birimizə kömək edə və qoruya bilərik. Bu problem barədə cəsarətlə danışmağa başlamalı, ailələrimizdə zorakılığa artıq dözməyəcəyimizi bəyan etməliyik. Hamını birdən susdurmaq mümkün olmayacaq", - o bildirib.

O, qadınların baş verənlər barədə açıq danışmaqdan çəkinməməli olduqlarını söyləyib.

Baş nazirin həyat yoldaşı daha sonra qeyd edib:

"Qorxmayın. Ən pisi artıq başımıza gəlib. İllərlə psixoloji, fiziki, maliyyə və cinsi istismar altında yaşamaq əsl kabusdur və biz bundan qətiyyətlə çıxmalıyıq. Artıq buna dözməyəcəyik".

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Anna Akopyanın həyatına təhdidlər alması barədə bəyanatı təsdiqləyib və məsələ ilə bağlı araşdırmaya başlayıb.

NEWS FEED
28 JULY 2026
ABŞ “polad divar” qurur: 20-dən çox hərbi gəmi səfərbər edildi 22:48 Vahid Əhmədov haqda xəbər yayıldı: Səhhətində problem yarandı 22:35 Türkiyə qonşusundan milyonluq təklif aldı 22:26 Kiyevdən Tehrana təcili zəng: Nələr müzakirə edildi? 22:12 Sürücülərin DİQQƏTİNƏ! Bu yolda körpü sökülür 22:02 Bakıya gələn erməni məşqçi elə sözlər dedi ki… 21:50 Küləkli havada dənizdə üzən 2 nəfər batdı - Biri xilas edildi, digəri isə… 21:42 Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL 21:34 700 bal toplayan yeganə abituriyent o oldu - FOTO 21:21 Avropa Gimnastikasından Rusiya ilə bağlı gözlənilməz qərar 21:14 Tramp ABŞ kəşfiyyatında “təmizliyə” başladı 20:59 UEFA Çempionlar Liqası: "KuPS" - "Sabah" matçı bitdi - YENİLƏNDİ 19:05 Tramp İranın iki düşmənini eyni gündə qəbul etdi: Körfəzdə dalğalı anlar 20:39 İsrailin qələbə görüntüsünün altında nə yatır? Sabiq rəsmidən sensasion açıqlama 20:08 Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir! 19:50 Zelenski getdi, Netanyahu gəldi 19:57 Tramp Zelenskiyə nə vəd etdi? - Görüşdən ilk detallar və görüntülər 19:38 İsfahan Həsənov dünya çempionatında gümüş medal qazandı 19:42 Odessa sahillərində gəmi yanır - VİDEO 19:32 Aİ-dən Rusiyaya daha bir “paket” gəlir 19:27 Zelenski Ağ Evdən ayrıldı - YENİLƏNDİ 18:18 Erməni separatçıların məhkəməsində gərgin iclas - Prokuror nə istədi? 19:14 Daha bir yunan-Roma güləşçimiz bürünc medal qazandı 19:08 Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü 18:58 Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi? 18:49 All News