NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı

NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı
13.08.2026 01:30 Dünya

Avqustun 12-də başlayan Günəş tutulmasını qeydə almaq üçün ABŞ-yə məxsus xüsusi təyyarə Danimarka boğazı üzərində havaya qaldırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə TASS-a Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.

Söhbət ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məxsus təyyarədən gedir.

"İslandiyadan "Martin WB-57 Canberra" xüsusi təyyarəsi havaya qaldırılıb və İslandiya ilə Qrenlandiya arasındakı Danimarka boğazı üzərində uçuşlara başlayıb", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, bu tip təyyarələr taktiki bombardmançı-kəşfiyyat təyyarələri hesab olunur, lakin bu halda təyyarə elmi tədqiqatlar üçün uyğunlaşdırılıb.

"Təyyarə Danimarka boğazının akvatoriyası üzərində 15 kilometrdən çox yüksəklikdə dövrə vurur. Bunun sayəsində həmin ərazidə mülki aviasiyanın hərəkətinə mane olmur", - deyə mənbə əlavə edib.

Günəş tutulmasının müxtəlif mərhələlərinin Avropa, Asiyanın qərbi, Afrika, Şimali və Cənubi Amerika ərazilərində, Sakit, Atlantik və Hind okeanlarında, hətta Antarktidada müşahidə ediləcəyi gözlənilir. Ayın kölgəsi Şimal qütbündən 100 kilometrdən də az məsafədən keçəcək, daha sonra Qrenlandiya və İslandiyanın üzərindən hərəkət edəcək.

TodayPress TV

NEWS FEED
13 AUGUST 2026
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 CENTCOM neçə İran gəmisinin istiqamətini dəyişib? 00:36 Suriya hava qüvvələrini bərpa edir, İsrailin narahatlığı artır 01:32 NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı 00:27 UEFA Superkubokunun qalibi müəyyənləşdi! 00:59 ABŞ-nin illərlə İraqda davam edən mövcudluğuna SON QOYULUR 00:51 Kerolayn Livitt Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır? 00:22 İlin ikinci Günəş tutulması başa çatıb 20:26 İranda SEPAH zabiti GÜLLƏLƏNDİ 23:37 32 ölkədən Tehrana təzyiq - Etirazçıların edamı pislənildi! 23:24 Lukaku “Fənərbağça”da! – 2 illik müqavilə imzalayacaq 23:09 Sabah bu iki qəsəbədə qaz OLMAYACAQ 23:01 "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş insidentin GÖRÜNTÜLƏRİ - VİDEO 22:52 Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər 22:41 Polşa və Rumıniyadakı dron insidentləri ilə bağlı NATO Rusiyanı ittiham etdi 22:34 Əkrəm İmamoğlu CHP-dən istefa verdi 22:18 AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi 22:09 Bakıda avtobusda yanğın baş verdi - VİDEO 21:58 "Onların pulu yoxdur" - Tramp İrandakı vəziyyətdən danışdı 21:49 Ukrayna Rusiyanın dörd hərbi gəmisini VURDU 21:40 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi 21:34 "Bu, İrana vurulan zərbədir" – SEPAH komandanı İraqı fikrindən daşındırmağa çalışır 21:20 Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ 18:57 “İmişli” Ayxan Abbaszadəni heyətinə qatdı! 20:53 Qəzzaya bir həftə sonra ilk hava zərbəsi – Ölənlər və yaralananlar var 20:43 All News