Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ

Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ
12.08.2026 21:08 Hadisə

Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

TodayPress TV

xxx

Xocavənd rayonunda mina partlayışı baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib.

Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Əkrəm İmamoğlu CHP-dən istefa verdi 22:18 AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi 22:09 Bakıda avtobusda yanğın baş verdi - VİDEO 21:58 "Onların pulu yoxdur" - Tramp İrandakı vəziyyətdən danışdı 21:49 Ukrayna Rusiyanın dörd hərbi gəmisini VURDU 21:40 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi 21:34 "Bu, İrana vurulan zərbədir" – SEPAH komandanı İraqı fikrindən daşındırmağa çalışır 21:20 Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ 18:57 “İmişli” Ayxan Abbaszadəni heyətinə qatdı! 20:53 Qəzzaya bir həftə sonra ilk hava zərbəsi – Ölənlər və yaralananlar var 20:43 İlin ikinci Günəş tutulması başladı 20:26 Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var 20:21 "Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi 20:09 Fransada quraqlıq - 40 mindən çox insan SUSUZ QALDI! 19:58 Robert Gilmanın azadlığı Rusiya-ABŞ münasibətlərinə nə vəd edir? – Ramiz Yunus AÇIQLADI 19:46 Paşinyan və Zelenski arasında telefon danışığı - Nələr müzakirə olundu? 19:29 “Sabah” ABŞ-li basketbolçu Frenki Fidleri heyətinə qatdı! 19:22 Mingəçevirdə 21 yaşlı oğlan su anbarında BATDI 19:12 "İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp 19:07 Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI 18:35 Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi! 18:26 İran və ABŞ arasında müzakirələr DAYANIB? – Yüksək rütbəli rəsmi AÇIQLADI 18:15 Qara dənizdə bir gündə iki NATO kəşfiyyat təyyarəsi GÖRÜLDÜ 18:03 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi 18:08 Bütün Xəbərlər