İlin ikinci Günəş tutulması başa çatıb

İlin ikinci Günəş tutulması başa çatıb
13.08.2026 00:00 Elm və Təhsil

Avqustun 12-də ilin ikinci Günəş tutulması olub.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, bu, tam Günəş tutulmasıdır.

Qismən tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatıb. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib.

Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb.

Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib. Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.

TodayPress TV

***

Avqustun 12-də ilin ikinci Günəş tutulması başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, bu, tam Günəş tutulmasıdır. Tutulma 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarıdır. Buna oxşar növbəti tutulma isə 2044-cü il avqustun 23-də baş verəcək:

"Qismən tutulma saat 19:34-də başlayıb və saat 23:57-də sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edəcək. Mərkəzi tutulma saat 20:57-də başlayacaq və saat 22:30-da başa çatacaq. Tam tutulma zamanı Ayın kölgə konusu Yer səthini kəsir (Ay Yerə kifayət qədər yaxın məsafədə olur və Günəşi tamamilə örtür). Ayın kölgəsinin orta uzunluğu 373 min 320 kilometrdir. Bu gün isə Yer və Ay arasındakı məsafə 359 min 445 kilometr təşkil edir. Bu halda Ayın görünən diametri Günəş diskinin görünən diametrindən 1,0386 dəfə böyük olur.

Tutulma hadisəsi Şimali Amerikanın şimalında, Afrikanın şimali-qərbində, Avropada müşahidə olunur. Tam tutulma isə yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniyada və Rusiyanın Krasnoyarsk şəhərində müşahidə olunacaq. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edəcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmur".

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Suriya hava qüvvələrini bərpa edir, İsrailin narahatlığı artır 01:32 NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı 00:27 UEFA Superkubokunun qalibi müəyyənləşdi! 00:59 ABŞ-nin illərlə İraqda davam edən mövcudluğuna SON QOYULUR 00:51 Kerolayn Livitt Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır? 00:22 İlin ikinci Günəş tutulması başa çatıb 20:26 İranda SEPAH zabiti GÜLLƏLƏNDİ 23:37 32 ölkədən Tehrana təzyiq - Etirazçıların edamı pislənildi! 23:24 Lukaku “Fənərbağça”da! – 2 illik müqavilə imzalayacaq 23:09 Sabah bu iki qəsəbədə qaz OLMAYACAQ 23:01 "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş insidentin GÖRÜNTÜLƏRİ - VİDEO 22:52 Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər 22:41 Polşa və Rumıniyadakı dron insidentləri ilə bağlı NATO Rusiyanı ittiham etdi 22:34 Əkrəm İmamoğlu CHP-dən istefa verdi 22:18 AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi 22:09 Bakıda avtobusda yanğın baş verdi - VİDEO 21:58 "Onların pulu yoxdur" - Tramp İrandakı vəziyyətdən danışdı 21:49 Ukrayna Rusiyanın dörd hərbi gəmisini VURDU 21:40 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi 21:34 "Bu, İrana vurulan zərbədir" – SEPAH komandanı İraqı fikrindən daşındırmağa çalışır 21:20 Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ 18:57 “İmişli” Ayxan Abbaszadəni heyətinə qatdı! 20:53 Qəzzaya bir həftə sonra ilk hava zərbəsi – Ölənlər və yaralananlar var 20:43 Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var 20:21 "Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi 20:09 Bütün Xəbərlər