Malayziya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verildi

Malayziya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verildi
26.03.2026 20:15 Dünya

Malayziyanın Baş naziri Ənvər İbrahim Malayziya gəmilərinə Hörmüz boğazından keçmək üçün icazə verildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Baş nazir İran, Misir, Türkiyə və digər regional ölkələrin liderləri ilə danışıqlar aparıb.

"Hazırda Malayziyanın neft tankerlərinin keçidini təmin etmək üçün çalışırıq ki, yük daşımalarında iştirak edən heyətlər evə səyahətlərinə davam edə bilsinlər", - deyə qəzet onun sözlərini sitat gətirib.

Baş nazir, həmçinin tankerlərin keçməsinə icazə verdiyinə görə İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib. O, digər liderlərlə danışıqlarının Yaxın Şərqdəki münaqişəyə həll yolları tapmaq məqsədi daşıdığını bildirib.

Ə. İbrahim xatırladıb ki, Hörmüz boğazının blokadası Malayziyaya da təsir edir və hakimiyyət orqanları neft-qaz təchizatındakı fasilələrin təsirini azaltmaq üçün səylər göstərir.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 All News