Makron Aİ–KARİKOM sammitində iştirak etməyəcək

Makron Aİ–KARİKOM sammitində iştirak etməyəcək
05.11.2025 10:20 Dünya

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ), Latın Amerikası və Karib Hövzəsi Birliyinin (KARİKOM) Kolumbiyada keçiriləcək sammitində iştirak etməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Makronun sammitə qatılmama qərarı ABŞ-nin bu ölkəyə təzyiqləri fonunda qəbul edilib.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Kolumbiyanın “tamamilə narkokartellərin nəzarəti altında” olduğunu bildirmişdi. Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında son aylarda qarşılıqlı ittihamlarla müşayiət olunan kəskin bəyanatlar səslənib. 

Petro “Univisión” telekanalına müsahibəsində “dünya ya Trampı dəyişməli, ya da ondan xilas olmalıdır” demişdi. Buna cavab olaraq Tramp kolumbiyalı həmkarını “bandit və pis adam” adlandıraraq, “əgər sözlərinə fikir verməsə, ciddi tədbirlər görüləcəyini” bəyan etmişdi.

Bildirilib ki, regionda yaranmış gərginlik fonunda KARİKOM sammiti son anda təxirə salına bilər.

Kolumbiyanın xarici işlər nazirinin müavini Maurisio Xaramillo Xassir isə sammitin keçirilməsində təhlükə olmadığını bildirib. 

"Bloomberg"in məlumatına görə, Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də sammitdə iştirak etməyəcək.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 All News