Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı

Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı
15.06.2026 22:52 Dünya

İran Livanda müharibənin dayandırılmasını istəyir və ABŞ ilə imzalanması nəzərdə tutulan yekun memorandumda əsas şərtlərdən biri budur.

TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Livanın Prezidenti Cozef Aun və bu ölkənin parlamentinin sədri Nəbih Berri ilə telefon danışıqları zamanı deyib.

"İran Livanda müharibənin dayandırılması istəyinə istinad edərək, memorandumun bəndlərinin lazımi şəkildə yerinə yetirilməsinə görə ABŞ-nin məsuliyyətini və İsrailin Livana qarşı hücumlarının tamamilə dayandırılmasının zəruriliyini vurğulayıb", - deyə Əraqçi bildirib.

Telefon danışıqlarında Livan rəsmiləri İslamabad anlaşma memorandumunun bəndlərinin detalları, xüsusilə də Livana aid olan müddəalar barədə məlumatlandırılıb.

Qeyd olunub ki, Livan rəsmiləri son anlaşma memorandumunun müddəalarını alqışlayaraq, Livanın sabitliyi və təhlükəsizliyini regionda sabitliyin bərqərar olunması istiqamətindəki hər hansı ciddi səylərin ayrılmaz hissəsi kimi vurğulayıb və Livana qarşı müharibənin dayandırılması məsələsinin memorandumun mətninə daxil edilməsinə görə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merts də bildirib ki, İran və ABŞ arasındakı razılaşma Livanı da əhatə etməlidir.


NEWS FEED
16 JUNE 2026
Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 All News