Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir"

Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir"
05.06.2026 08:32 Dünya

"Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməlidir".

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan artıq Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atmağa başlayıb və bu məsələ ilə bağlı yekun qərar verməlidir.

Nazir əlavə edib ki, əgər İrəvan Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun qəbul edibsə, bu, Ermənistan hakimiyyətinin məsələni gündəmə gətirdiyini göstərir. O vurğulayıb ki, ölkə ya Avrasiya İqtisadi İttifaqı çərçivəsində qalmalı, ya da Avropa İttifaqı istiqamətində irəliləməlidir.

Lavrov bildirib ki, Rusiya Ermənistan xalqının verəcəyi istənilən qərara hörmətlə yanaşacaq.

Xatırladaq ki, mart ayında Ermənistan Milli Assambleyası ölkənin Aİ-yə üzvlük prosesinə başlamağı nəzərdə tutan qanun layihəsini qəbul edib. Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan isə mümkün üzvlük məsələsinin xalqın iradəsi əsasında həll olunmalı olduğunu bəyan etmişdi.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 All News