Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı
Rusiya silahlı qüvvələri Ukraynanın dron və raket istehsalı müəssisələrinə, hərbi-sənaye kompleksinə və Kiyevdəki logistika mərkəzinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi avqustun 1-i məlumat yayıb.
Nazirliyinin sosial şəbəkələrdə yaydığı bəyanatda deyilir ki, zərbələr quru və dəniz bazalı yüksək dəqiqlikli silahlar, eləcə də zərbə pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Ukrayna tərəfi bu balistik raket hücumları nəticəsində ən azı doqquz nəfərin həlak olduğunu, 28 nəfərin isə yaralandığını bildirib.
Qeyd edək ki, hədəflər arasında Ukraynanın "Neptun-MD" idarəolunan raketləri, "FP-7" və "FP-9" əməliyyat-taktiki raketləri, həmçinin "Qrom-2" raket kompleksi üçün qovşaqlar, elektron komponentlər və hissələr istehsal edən Kiyev Elektron Sənayesi Quraşdırma və Komponentləri Müəssisəsi də olub.
Aysel Mətləb