Paşinyan: "Azərbaycanla sərhədlərin açılması qarşılıqlı fayda gətirir"

Paşinyan:  "Azərbaycanla sərhədlərin açılması qarşılıqlı fayda gətirir"
27.09.2025 21:15 Dünya

Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz gediş-gəliş Ermənistanın beynəlxalq və daxili rabitəsi üçün qarşılıqlı fayda vəd edir.

TodayPress TV-nin xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib.

"Avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamədə Ermənistan və Azərbaycan daha parlaq gələcəyə aparan yolların müəyyənləşdirilməsinin zəruriliyini qəbul edirlər. Mehriban qonşuluq münasibətləri üçün şərtlər nəhayət bərqərar oldu. Heç vaxt yenidən nəzərdən keçirilə bilməyən və dəyişdirilməməli olan bu reallıq iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır.

Eyni sənəddə biz - Ermənistan və Azərbaycan liderləri regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və rifahı təşviq etmək üçün dövlətlərarası, ikitərəfli və beynəlxalq daşımalar üçün iki ölkə arasında kommunikasiyaların açılmasının vacibliyini bir daha təsdiqlədik", - Paşinyan vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər