Keçmiş prezidentə 30 il həbs cəzası verildi

Keçmiş prezidentə 30 il həbs cəzası verildi
12.06.2026 08:49 Dünya

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yol Şimali Koreya ərazisinə pilotsuz uçuş aparatları göndərilməsi ilə bağlı iş üzrə 30 il həbs cəzasına məhkum edilib.

TodayPress TV xəbər verir ki, məhkəmə onun 2024-cü ildə Pxenyan üzərində dron uçuşlarını təşkil etməklə Koreya yarımadasında gərginliyi artırmağa çalışdığını müəyyən edib.

Prokurorluğun iddiasına görə, bu addım həmin ilin dekabrında hərbi vəziyyət elan edilməsi üçün əsas yaratmaq məqsədi daşıyıb. Məhkəmə Yun Sok-yolu vəzifə səlahiyyətlərindən sui-istifadə və düşmənə yardım etməkdə təqsirli bilib.

Yun Sok-yol ittihamları qəbul etməyib. Onun vəkilləri dron əməliyyatının Şimali Koreyanın təxribatlarına cavab xarakteri daşıdığını və hərbi vəziyyət planı ilə əlaqəsinin olmadığını bildiriblər.

Qeyd edək ki, keçmiş prezident bundan əvvəl 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməsi ilə bağlı qiyam işində ömürlük həbs cəzası almışdı. O, impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb və hazırda bir neçə cinayət işi üzrə istintaq və məhkəmə prosesləri ilə üz-üzədir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 All News