İrəvanda Aİ Nümayəndəliyinin binası qarşısında aksiya keçirilir

İrəvanda Aİ Nümayəndəliyinin binası qarşısında aksiya keçirilir
23.01.2026 13:25 Dünya

Ermənistanın “Vətən” partiyasının üzvləri Xaçik Qalstyan və Aram Köçəryanın həbsi ilə əlaqədar İrəvanda Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin binası qarşısında partiya tərəfindən təşkil edilən etiraz aksiyası keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Erməni KİV-i məlumat yayıb.

Partiyanın icra orqanının üzvü Babken Harutyunyanın jurnalistlərə verdiyi məlumata görə, hazırda iki partiya nümayəndəsi həbsdədir. O vurğulayıb ki, "demokratik Ermənistanda" müxalifət baxışlarına malik siyasətçilər, keşişlər və jurnalistlər həbsdədir, lakin, baş nazir Nikol Paşinyanın on illərdir korrupsiya və soyğunçuluqda ittiham edərək tənqid etdiyi vəzifəli şəxslər azadlıqda qalırlar.

Harutyunyanın sözlərinə görə, “Vətən” partiyası yarandığı gündən bəri Paşinyanı narahat edir və çoxdan gözlənilən hakimiyyət dəyişikliyi baş verənə qədər mübarizəni dayandırmaq niyyətində deyil.

Bildirilib ki, etiraz aksiyası zamanı Xaçik Qalstyan və Aram Köçəryanın müdafiəsinə həsr olunmuş məktub Aİ nümayəndə heyətinə təqdim edilib.

Xatırladaq ki, partiyanın Baş katibi Xaçik Qalstyan dekabrın 30-da saxlanılıb. Daha sonra partiyanın digər nümayəndəsi Aram Köçəryanın saxlanılması barədə məlumatlar yayılıb. Hər ikisi bələdiyyə seçkiləri zamanı rüşvət paylamaqda ittiham olunub.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
18 AUGUST 2026
Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı 14:47 Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib 15:38 Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 15:31 Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi 15:17 NBC: Rusiya Xəzər vasitəsilə İrana sursat göndərir 15:16 Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır" 14:36 Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..." 14:26 “Qalatasaray”da Batrakov həyəcanı: prezident transferdə israr edib 14:44 Zədələrə fasilə: Alkaras və Rune birlikdə məşq edərək güc topladılar 14:35 Süni intellektin hazırladığı qanun qəbul oluna bilər? Vaşinqtonda gözlənilməz təhlükə 14:26 AFFA-da səs-küylü dəyişiklik: iki departament rəhbəri işdən çıxarıldı 14:14 “Golden Boy-2026” uğrunda mübarizədə Pau Kubarsi hamını qabaqladı 14:01 Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı 13:55 ABŞ-də müharibə təşvişi: Trampın reytinqi ən aşağı səviyyəyə gerilədi 13:49 Antonellinin böyük arzusu: “Ferrari” sükanı arxasına keçəcək 13:36 All News