İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı

İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı
30.07.2026 15:54 Dünya

Türkiyə ilə İraq arasında "İnkişaf Yolu" (Development Road) layihəsi üzrə əməkdaşlıq sazişinin Ankarada keçirilən imzalanma mərasimində yaşanan hadisə xeyli diqqət çəkib.

TodayPress TV xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Əli Zeydinin görüşündən sonra təşkil olunan mərasimdə İraq hökumətinin üzvlərindən biri sənədə imza atmaqdan çəkinib.

Hadisə qısa müddətdə ictimai və siyasi müzakirələrə səbəb olub.

Söhbət İraqın nəqliyyat naziri Rəzzak Muheybis əs-Sədavidən gedir.

Bildirilir ki, nazir ilkin mərhələdə sənədi imzalamaq istəməyib. Daha sonra isə Baş nazir Əli Zeydinin göstərişindən sonra sazişi imzalayıb.

Nazirin bu mövqeyi İraqdakı daxili siyasi qüvvələr arasındakı rəqabət və xüsusilə İranın ölkə siyasətindəki təsiri fonunda dəyərləndirilir. Hadisə təkcə diplomatik prosedur deyil, həm də İraq daxilində Türkiyə ilə əməkdaşlığa münasibətdə mövcud siyasi ayrılıqların göstəricisidir.

Bir çox müşahidəçilər nazirin davranışının arxasında İrana yaxın siyasi qrupların təsirinin olub-olmadığını müzakirə edir. Bununla belə, bu iddiaları təsdiqləyən rəsmi açıqlama və ya sübut təqdim edilməyib.

Hadisənin ən diqqətçəkən tərəfi İraq Baş nazirinin sərgilədiyi mövqedir. 5–6 il əvvəl İranın İraq siyasətində təsirinin daha güclü olduğu dövrdə hökumət başçısının İran yönümlü siyasi düşərgəyə yaxın bir nazirə açıq şəkildə göstəriş verərək sənədi imzalatması demək olar ki, mümkün görünməzdi.

Ekspertlərin qənaətincə, İraqda siyasi balans tədricən dəyişir  və mərkəzi hökumətin qərarvermə imkanları əvvəlki dövrlə müqayisədə güclənib. 

Qeyd edilir ki, bununla yanaşı, İranın ölkə siyasətində təsirinin tam aradan qalxdığını söyləmək üçün kifayət qədər əsas da yoxdur.

Jalə Rövşən 

NEWS FEED
30 JULY 2026
İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 All News