İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək
29.01.2026 17:00 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 30-da Türkiyəyə səfər edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, Əraqçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlarının əsas mövzusu İran İslam Respublikasındakı vəziyyət olacaq:

"Hakan Fidan Əraqçi ilə görüşündə Türkiyənin İrandakı son hadisələri yaxından izlədiyini və qonşu ölkədə təhlükəsizliyin, sülhün və sabitliyin onun üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edəcək".

Nazirlik əlavə edib ki, Hakan Fidan iranlı həmkarına Ankaranın İrana edilən hərbi müdaxiləyə qarşı olduğunu bir daha təkrarlayacaq və bu cür addımların regional və qlobal səviyyələrdə yaratdığı risklərə diqqət çəkəcək.

Mənbələr, həmçinin bildirib ki, Türkiyənin mövcud gərginliyin dialoq yolu ilə həllinə töhfə verməyə hazır olduğu, İranın nüvə proqramı məsələsinin sülh yolu ilə həllinin tezliklə əldə edilməsini dəstəklədiyi və lazım gələrsə, bu istiqamətdə kömək göstərməyə hazır olduğu bildiriləcək.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
19 JUNE 2026
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi 12:20 İranın ABŞ ilə Cenevrədəki görüşü təxirə salındı 12:12 NATO Ankaraya yığışır - Türkiyədən baxdıqda Rusiyanın alovları görünür 12:09 Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi 12:00 Ukrayna Rusiyaya yenidən zərbələr endirməyə başladı - VİDEO 11:51 Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olundu 11:47 Sərnişinlərin DİQQƏTİNƏ: Yeni keçid stansiyası ilə bağlı vacib məlumat 11:44 ŞAD XƏBƏR GƏLDİ: Hərbçilərin maaşı artırılacaq 11:36 Sərinləmək istəyi faciə ilə bitdi: Fövqəladə Hallar tükürpədən statistika açıqladı 11:38 Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə 10:10 Rusiya islamın müdafiəsinə qalxdı - Onlara qarşı fobiyası olanları hədələdi 11:15 Milli Məclisin iclası başladı - Gündəmdə hansı mövzular var? 11:09 Ərdoğan bir addımı ilə Rusiya və NATO-nu asılı vəziyyətə saldı 11:04 DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı 10:50 Dünya çempionatında ağır zədə: iki ayaq sümüyü sınan futbolçu mundialla vidalaşdı 10:38 Ermənistanda bütün vətəndaşlar pulsuz tibbi xidmət alacaq 10:30 Paşinyan yolun sonuna gəldi, müxalifət birləşib onu devirəcək 10:25 Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər - Fantastik məbləğ... 10:14 Azərbaycan nefti son günlərin ən aşağı həddinə düşdü 10:04 Sülh imzalanıb, bombardıman isə davam edir 09:54 DÇ-2026: Ev sahibi Avstraliyaya qarşı 09:47 Qiymətli metallar bazarında növbəti dəyişiklik - Gümüşün qiyməti... 09:43 Qaz sektorunda dalğalanma davam edir 09:20 Fyuçerslər oynayır - neft yenidən ucuzlaşdı 09:11 ABŞ İranın vurduğu "cüzi" ziyanı yığıb-yığışdıra bilmir - Pentaqon təcili müraciət etdi 09:02 All News