ABŞ İranın vurduğu "cüzi" ziyanı yığıb-yığışdıra bilmir - Pentaqon təcili müraciət etdi

ABŞ İranın vurduğu "cüzi" ziyanı yığıb-yığışdıra bilmir - Pentaqon təcili müraciət etdi
19.06.2026 09:02 Dünya

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı hərbi əməliyyatlar və digər xərclərin qarşılanması üçün Konqresdən əlavə 80 milyard dollar maliyyə ayrılmasını istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq bu həftə Konqres üzvləri ilə telefon danışıqları zamanı əlavə maliyyə ehtiyacını gündəmə gətirib.

Nəşrin yazdığına görə, Pentaqon rəhbərliyi bildirib ki, Konqres yeni hərbi xərclər paketini təsdiqləməsə, yay aylarında ordunun əməliyyatlar üçün ayırdığı vəsaitlər tükənə bilər. Bu isə hərbi təlimlərin və digər prioritet proqramların maliyyələşdirilməsinə təsir göstərəcək.

Mənbələrin bildirdiyinə görə, tələb olunan vəsaitin bir hissəsi hərbi gəmilərin fəaliyyəti, şəxsi heyətin təminatı və silah-sursat ehtiyatlarının bərpasına yönəldiləcək.

Qeyd edək ki, Pentaqonun 2026-cı maliyyə ili üzrə büdcəsi təxminən 1 trilyon dollar təşkil edir.

Xatırladaq ki, daha əvvəl ABŞ rəsmiləri İrana qarşı hərbi əməliyyatların may ayının ortalarınadək təxminən 29 milyard dollara başa gəldiyini açıqlamışdılar.

Jalə Rövşən 

XƏBƏR LENTİ
03 AVQUST 2026
Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 Hakan Fidan britaniyalı həmkarı ilə regional böhranları müzakirə etdi 20:21 Ya saziş, ya da tam kapitulyasiya... - Trampdan növbəti ultimatum 20:06 ABŞ Hörmüz boğazından 1000-dən çox gəminin keçidinə dəstək verdi 19:56 Sürücülərin NƏZƏRİNƏ! - Paytaxtın 12 rayonunda genişmiqyaslı təmir 19:51 "Tehran cavab zərbəsindən qorxur" - Netanyahu 19:39 Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı 19:31 Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı 18:59 İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Bütün Xəbərlər