Paşinyan yolun sonuna gəldi, müxalifət birləşib onu devirəcək
Ermənistanda müxalif qüvvələrin iştirakı ilə yaxın zamanda genişmiqyaslı mitinq keçiriləcəyi açıqlanıb.
TodayPress TV xəbər verir ki, bunu “Güclü Ermənistan” alyansının rəhbəri Samvel Karapetyan bildirib.
Karapetyan media nümayəndələri ilə görüşdə qeyd edib ki, tədbirin “Güclü və etibarlı mitinq” adlandırılmasını istəyir. Onun sözlərinə görə, yalnız bu halda xalqın real dəstəyini qazanmaq mümkündür.
Müxalifət nümayəndəsi, həmçinin vahid müxalifət şurasının ilk iclasına Rusiya, Çin, ABŞ, Avropa İttifaqı və digər əsas beynəlxalq tərəfdaşların rəhbərlərinin dəvət olunmasını təklif edib.
Karapetyan bildirib ki, görüşdə müxtəlif ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri də iştirak etməli, Ermənistan müxalifətinin mövqeyi və narahatlıqları ilə tanış olmalıdırlar.
Əziz Əlibəyli