İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb
İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lena məlumat verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ Flores adası yaxınlığında qeydə alınıb və 7,7 bal gücündə olub.
Qeyd edək ki, daha əvvəl “Straits Times” qəzetində zəlzələ nəticəsində 2 nəfərin öldüyü bildirilmişdi.
Jalə Rövşən