Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü!

Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü!
14.08.2026 23:50 Dünya

Yəmənin "Ənsar Allah" hərəkatının üsyançı husiləri Qırmızı dəniz sahilindəki Moha limanına kütləvi hücum təşkil ediblər, nəticəsə obyektdə yanğın baş verib.

TodayPress TV "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, husilər Yəmənin qərb sahilindəki limana və mülki hədəflərə hücum üçün raketlər, dronlar və qayıqlardan istifadə ediblər.

Telekanaldakı hərbi mənbənin məlumatına görə, hökumət qüvvələri buraxılan 44 drondan 15-ni vurmağı bacarıb.

Bundan əlavə, husilər Bab əl-Məndəb boğazı yaxınlığında neft tankerinə hücuma cəhd ediblər. Hücum zamanı altı minalanmış qayıqdan istifadə edilib ki, bunlardan üçü hökumət qüvvələri tərəfindən ələ keçirilib.

Vəhcə bölgəsi sahillərində hücumun dəf edilməsi zamanı "Ənsar Allah"ın 8 döyüşçüsünün öldürüldüyü bildirilir.

Hökumət qüvvələri buna cavab olaraq, ölkənin qərb sahilindəki husi mövqelərinə onlarla dron hücumu həyata keçirib. Taizin qərbindəki üsyançı hədəflərə artilleriya atəşi də davam edir.

Xatırladaq ki, Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında münaqişə 2014-cü ilin avqustundan davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Tramp təhlükə olan təyyarədə onu tək buraxdı deyə, istefa verdi 21:30 Kokainin üzərindən futbolçu çıxdı - Maraqlı olay - VİDEO 21:19 SON DƏQİQƏ: Azərbaycanda güclü zəlzələ oldu 21:02 Peşə məktəblərinə qəbul nəticələri AÇIQLANDI 21:01 Husilər Səudiyyənin silahlarını məhv etdi - VİDEO 20:50 Seutada həyəcan siqnalı: Minlərlə hərbçi sərhədə göndərildi 20:38 Bakının mərkəzində su borusu partladı 20:24 Bütün Xəbərlər