Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ

Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ
11.08.2026 16:14 Dünya

İspaniyada 12 avqustda baş verəcək tam Günəş tutulması ilə bağlı meşə yanğınları təhlükəsinin artmasından narahatlıq yaranıb.

TodayPress TV xəbər verir ki, “The Guardian”ın məlumatına görə, tutulmanı izləmək üçün Şimali İspaniyaya təxminən 460 min insanın gələcəyi gözlənilir.

Bölgə Günəş tutulmasını müşahidə etmək üçün dünyanın ən əlverişli məkanlarından biri hesab olunur. Ölkənin Ətraf Mühit naziri Sara Aagesen bildirib ki, isti hava səbəbindən İspaniyada bitki örtüyü hazırda çox qurudur. Onun sözlərinə görə, ən kiçik qığılcım və ya ehtiyatsızlıq belə böyük meşə yanğınlarına səbəb ola bilər.

İspaniya polisi tutulma günü təxminən 1,5 milyon əlavə avtomobil səfərinin olacağını proqnozlaşdırır. Bu isə kənd ərazilərində yanğın baş verəcəyi halda xilasedici və yanğınsöndürən maşınların hadisə yerinə çatmasını çətinləşdirə bilər.

Təhlükəsizlik tədbirləri çərçivəsində yol kənarında və quru bitki örtüyünün yaxınlığında avtomobil saxlamaq, həmçinin manqal və atəşfəşanlıq qadağan ediləcək.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ — 1
NEWS FEED
11 AUGUST 2026
ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 All News