Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar

Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar
27.07.2026 13:59 Dünya

Ermənistan Dövlət Gəlirləri Komitəsi 2026-cı ilin ilk yarısı üzrə ölkənin ən iri vergi ödəyicilərinin siyahısını açıqlayıb.

TodayPress TV "Musavat.com"a istinadən xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Siyahıya 41,6 milyard dram (113,7 milyon dollar) vergi ödəyən Zəngəzur Mis-Molibden Kombinatı başçılıq edib.

Kombinat bununla son bir il yarımlıq fasilədən sonra yenidən ölkənin ən böyük vergi ödəyicisi statusunu geri qaytarıb. Xatırladaq ki, 2026-cı ilin birinci rübünün yekunlarına görə siyahının lideri mobil texnika satışı ilə məşğul olan Mobile Centre Art şirkəti idi. İkinci yerdə qərarlaşan Mobile Centre Art dövlət büdcəsinə 38,16 milyard dram (104,3 milyon dollar) ödəyib. İlk üçlüyü isə 33,6 milyard dram (91,8 milyon dollar) vergi ilə Ardşinbank tamamlayıb.


Dördüncü sırada Ermənistanın qaz təchizatı operatoru "Qazprom Ermənistan" yer alıb. Şirkətin büdcəyə ödədiyi vəsait 31,5 milyard dram (86 milyon dollar) təşkil edib.

Beşinci pillədə "Grand Tobacco" tütün fabriki qərarlaşıb. Müəssisənin vergi ödənişləri 28,96 milyard dram (79 milyon dollar) olub.

İlk onluqda yer alan digər şirkətlər bunlardır: Ameriabank – 22,15 milyard dram (60,5 milyon dollar); Dijitain İT şirkəti – 17,9 milyard dram (48,9 milyon dollar);

 Qumar biznesi sahəsində fəaliyyət göstərən Soft Construct – 17,5 milyard dram (47,8 milyon dollar); Qafan Mədən-Zənginləşdirmə Kombinatı – 15,7 milyard dram (42,9 milyon dollar);  IMVBAM (Wildberries) – 13,9 milyard dram (42,9 milyon dollar).

Siyahı göstərir ki, Ermənistan iqtisadiyyatında mədən sənayesi, bank sektoru, enerji, tütün istehsalı, informasiya texnologiyaları və elektron ticarət ən böyük vergi ödəyən sahələr olaraq qalır. Xüsusilə Zəngəzur Mis-Molibden Kombinatının yenidən ilk sıraya yüksəlməsi ölkənin ixrac yönümlü dağ-mədən sektorunun dövlət büdcəsinin formalaşmasındakı mühüm rolunu bir daha təsdiqləyir.

TodayPress TV

NEWS FEED
27 JULY 2026
MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı 16:28 ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 All News