Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq

Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq
07.08.2026 12:15 Dünya

Ermənistanın və erməni kilsəsinin tarixində ilk dəfə bütün ermənilərin katolikosu məhkəmə qarşısına çıxacaq.

TodayPress TV xəbər verir ki, məlumata görə, katolikos II Qaregin və Ali Ruhani Şuranın altı üzvü ilə bağlı cinayət işi üzrə ilkin məhkəmə dinləməsi avqustun 7-də Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiyalı birinci instansiya məhkəməsində keçiriləcək.

Ermənistan Baş Prokurorluğu cari ilin fevral ayında II Qaregin barəsində cinayət işi açıb və onun ölkədən çıxışına qadağa qoyulub.

Cinayət işi sabiq din xadimi Arman Saroyanın məhkəmə qərarı ilə vəzifəsinə bərpasına mane olmaq ittihamı əsasında başlanıb. Bildirilir ki, Saroyan katolikosun qərarı ilə yeparxiya rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, daha sonra Ali Ruhani Şuranın qərarı ilə yepiskop rütbəsindən məhrum edilib.

Vəkil Ara Zöhrabyan bildirib ki, dövlətin kilsə rəhbərliyinin qərarlarına müdaxiləsi kilsənin muxtariyyətinə və dini azadlıq prinsiplərinə ziddir.

Ermənistan müxalifətinin bəzi nümayəndələri isə katolikos və yepiskoplara dəstək məqsədilə parlament iclasında iştirak etməyəcəklərini və məhkəmə prosesinə qatılacaqlarını açıqlayıblar.

TodayPress TV

NEWS FEED
07 AUGUST 2026
Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 All News