Ərdoğan Putinlə telefon danışığı aparacaq

Ərdoğan Putinlə telefon danışığı aparacaq
23.11.2025 18:15 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Yohannesburqda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda Ankaraya səfər etdiyini xatırladıb. “Bu həftə Zelenskini ölkəmizdə qəbul etdik və sabah Putinlə söhbət edəcəyəm. Ukrayna ilə Rusiya arasında sülh üçün bütün addımları atmağa hazırıq və bu istiqamətdə səylərin səfərbər olunduğunu elan etmişik. Ümid edirəm ki, məqsədlərimizə çatacağıq”, - deyən Türkiyə Prezidenti Kiyevlə Moskva arasında İstanbul sülh prosesinin bərpasının vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Qara dəniz Taxıl Dəhlizini xatırladaraq qeyd edib ki, bu addım “bölgədə sülhə yol açmaq” məqsədi daşıyırdı. “Təəssüf ki, Taxıl Təşəbbüsünə əməl olunmadı. Mən Putindən sülh təşəbbüslərinin bərpasını nəzərdən keçirməsini xahiş edəcəyəm. İnsan itkisinin qarşısını almaq vacibdir”, - deyə Türkiyə lideri qeyd edib.

Rəcəb Tayyib Ərdoğan, həmçinin əlavə edib ki, Vladimir Putinlə söhbətindən sonra ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə Ukrayna ilə bağlı müzakirələr apara bilər.

NEWS FEED
30 JULY 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 All News