Əraqçi təkzib etdi: Sülh planı nüvə məsələlərini... - YENİLƏNİB

Əraqçi təkzib etdi: Sülh planı nüvə məsələlərini... - YENİLƏNİB
03.05.2026 22:00 Dünya

İranın ABŞ ilə sülh planı yalnız hərbi əməliyyatlara son qoymağa yönəlib və nüvə məsələlərini əhatə etmir.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, Tehranın təklif etdiyi 14 maddəlik plan yalnız müharibənin sona çatması üçün tədbirlərə aiddir:

"Bizim 14 maddəlik planımız yalnız müharibənin sona çatmasına yönəlib və nüvə məsələlərinə toxunmur".

Qeyd edək ki, bəzi KİV-lər İranın nüvə proqramı məsələsinin ABŞ ilə mümkün danışıqların gündəliyinə daxil etməyə razı olduğunu yazıb.

xxx

İran mövqeyini dəyişdirib və nüvə proqramı məsələsini ABŞ ilə mümkün danışıqların gündəliyinə daxil etməyə razı olub.

TodayPress TV xəbər verir ki, bu barədə kanalın mənbələri məlumat yayıb.

Qeyd olunub ki, Tehran əvvəlki bir sıra ilkin şərtlərdən imtina edib və hazırda uranın zənginləşdirilməsi səviyyəsinin 3,5%-ə qədər məhdudlaşdırılmasını, eləcə də artıq toplanmış zənginləşdirilmiş uranın ehtiyatlarının mərhələli şəkildə azaldılmasını müzakirə etməyi təklif edir.

İranın yüksək vəzifəli rəsmisi əvvəllər "Reuters" agentliyinə bildirib ki, Tehranın ilkin təklifi əsasən Hörmüz boğazında gəmiçiliyin bərpasına və ABŞ-ın dəniz blokadasına son qoyulmasına yönəlib, nüvə məsələsi isə daha sonra müzakirə olunacaq.

Lakin "Al Arabiya"nin yeni xəbərlərinə görə, İran nüvə məsələsini bu mərhələdə danışıqlar masasına gətirməyə hazırdır. Bundan əlavə, Tehran Amerika blokadasının qaldırılması müqabilində Hörmüz boğazının mərhələli şəkildə açılmasını təklif edir.

Mənbələr həmçinin İranın ABŞ qoşunlarının bölgədən çıxarılması tələbindən imtina etdiyini bildiriblər.

Əvəzində, Tehran ABŞ-ın öz sərhədlərində hərbi qüvvələrinin artırılmasına son qoyulmasında və gələcəkdə mümkün hücumlara qarşı beynəlxalq zəmanətlərin verilməsində israr edir.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 All News