Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək?

Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək?
07.08.2026 22:33 Dünya

Rumıniya hökuməti iclasda milli elektroenergetika sistemində vəziyyət tələb edəcəyi təqdirdə Transelectrica şirkətinə bəzi təhlükəsizlik tədbirləri görməyə imkan verən qərarı təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

Həmin tədbirlər sırasında elektrik enerjisi ixracının məhdudlaşdırılması və sistemdə vəziyyət pisləşərsə, istehlakın mərhələli şəkildə azaldılması da var. Qərar Rumıniyada Dunay çayında su səviyyəsinin kəskin enməsi və uzun sürən isti hava şəraiti nəticəsində elektrik enerjisi istehsalının azalması səbəbindən elan edilmiş həyəcan vəziyyəti fonunda qəbul edilib. Tədbirlər yalnız iri sənaye elektrik enerjisi istehlakçılarına şamil olunur, ev təsərrüfatlarına isə aid deyil.

Transelectrica tətbiq ediləcək tədbirlərin vaxtını və həcmini müəyyən edir. İqtisadi subyektlər məhdudiyyətlərin tətbiqi barədə ən azı 24 saat əvvəl xəbərdar edilməlidirlər. Qərara əsasən, qeyd olunan tədbirlər avtomatik tətbiq olunmur, yalnız enerji bazarında böhran vəziyyəti yarandıqda, insanların təhlükəsizliyinə, avadanlıqlara və ya milli elektroenergetika sisteminin bütövlüyünə təhdid meydana çıxdıqda qüvvəyə minir.

Qərar müvəqqəti xarakter daşıyır və 31 avqust 2026-cı il tarixinədək tətbiq olunacaq. Hakimiyyət orqanları ümid edirlər ki, həmin vaxta qədər isti hava səngiyəcək və Dunay çayında suyun səviyyəsi yüksələcək.

TodayPress TV

NEWS FEED
08 AUGUST 2026
Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 All News