Dollar indeksi 2022-ci ildən bəri ilk dəfə 96,2 bənddən aşağı düşdü

Dollar indeksi 2022-ci ildən bəri ilk dəfə 96,2 bənddən aşağı düşdü
28.01.2026 08:45 Dünya

Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı ABŞ dollarının əsas dünya valyutalarına qarşı məzənnə dinamikasını əks etdirən dollar indeksi 96,2 bəndlik həddən aşağı enib.

TodayPress TV xəbər verir ki, ticarət məlumatlarına əsasən, bu göstərici 23 fevral 2022-ci ildən bəri ilk dəfə qeydə alınıb.

Bakı vaxtı ilə saat 20:38-ə olan məlumata görə, dollar indeksi 0,91 faiz azalaraq 96,175 bənd təşkil edib. Saat 21:08-ə doğru isə azalma tempi bir qədər zəifləyib və indeks 96,229 bənd (-0,85 faiz) səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, dollar indeksi ABŞ valyutasının altı əsas xarici valyutadan ibarət səbətə – avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankına qarşı nisbətini əks etdirir. İndeksin yüksəlməsi dolların bu valyutalara qarşı möhkəmlənməsi, azalması isə zəifləməsi kimi qiymətləndirilir.

TodayPress TV

NEWS FEED
11 AUGUST 2026
Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı 20:16 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı 20:14 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başladı 20:08 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Kim daha yaxşı donuz səsi çıxarır? Fransada qəribə yarışın qalibi seçildi 18:32 ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 All News