Böyük Britaniyada qeyri-qanuni miqrantların sayı artır
2025-ci ilin avqust ayında La-Manş boğazından Böyük Britaniyaya keçən qanunsuz miqrantları daşıyan qayıqların sayı 55-ə düşüb. Bu, 2019-cu ildən bəri ən aşağı göstəricidir.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, qayıqların sayı azalsa da, onlarda daşınan qeyri-qanuni miqrantların sayı artıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, bu, hökumətin qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirdiyi tədbirlərin nəticəsidir. Əlavə olunub ki, son bir ildə mühacirlərə və onları daşıyan qaçaqmalçılara qarşı keçirilən əməliyyatlar 40 faiz artıb.
Qeyd edək ki, 2018-ci ildən bu yana təxminən 180 min miqrant şişmə qayıqlarla Böyük Britaniyaya keçib.
Türkan İsgəndərli