BMT Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçdi

BMT Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçdi
03.02.2026 06:00 Dünya
BMT Təhlükəsizlik Şurasına fevralda Böyük Britaniya sədrlik edəcək.

TodayPress TV xəbər verir ki, Böyük Britaniyanın BMT yanında daimi nümayəndəsi, səfir Ceyms Kariuki Şuranın aylıq iş proqramı və Londonun prioritetləri ilə bağlı brifinq keçirib.

Daimi nümayəndə qeyd edib ki, Böyük Britaniyanın fevral üçün prioritetləri üç böyük böhran ətrafında cəmlənir, Ukrayna, Sudan və Qəzza.

Səfirin sözlərinə görə, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü ilə bağlı Təhlükəsizlik Şurasında xüsusi iclas çağırılacaq. İclasın Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri tərəfindən idarə olunması gözlənilir. Britaniya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq qalır.

London Kiyevə hərbi, maliyyə və iqtisadi dəstəyi davam etdirəcək, eyni zamanda Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılmasını dəstəkləyəcək.

Həmçinin, Sudandakı müharibə və humanitar fəlakət də Böyük Britaniya üçün prioritet olaraq qalır.

C.Kariuki Qəzza ilə bağlı atəşkəsin qorunmasının və genişləndirilməsinin vacibliyini qeyd edib. Humanitar yardımın artırılmasının, bütün keçid məntəqələrinin açılmasının və mülki əhalinin ağır vəziyyətinin aradan qaldırılmasının zəruri olduğunu bildirib.

Böyük Britaniya HƏMAS-ın silahsızlaşdırılması, Qəzzada yeni fələstinli idarəetmə strukturlarının qurulması və uzunmüddətli sülh üçün siyasi prosesin irəlilədilməsini vacib hesab edir. Bu mövzuda aylıq Yaxın Şərq iclasında da müzakirələr aparılacaq.

Kariuki qeyd edib ki, Böyük Britaniya sədrliyi dövründə vətəndaş cəmiyyəti nümayəndələrinin səsinin daha çox eşidilməsinə çalışacaq və qadınlara qarşı zorakılıqla qlobal mübarizəni ön plana çıxaracaq.



NEWS FEED
31 JULY 2026
İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 All News