ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir

ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir
27.07.2026 08:55 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfərdən əvvəl hərbi-siyasi kabinet üzvlərinə bildirib ki, Vaşinqton İsrail qoşunlarının Qəzza zolağı, Suriya və Livandan çıxarılmasını tələb edir.

TodayPress TV  İsrailin "13-cü kanal"ına istinadən xəbər verir ki, Netanyahu bu tələblərə qarşı çıxmaq niyyətindədir.

"Mən qətiyyətlə müqavimət göstərəcəyəm. Onlara yox deyəcəyəm", - telekanal baş nazirin sözlərindən sitat gətirib.

Daha əvvəl İsrailin hərbi-siyasi kabineti ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının Qəzza zolağında fəaliyyətinə icazə verib. Qərara yalnız milli təhlükəsizlik naziri İtamar Ben-Qvir qarşı çıxıb.

İsrailin siyasi mənbəsi bildirib ki, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) Qəzzaya yeridilməsinə prinsipial razılıq Trampın bütün girovların azad edilməsinə səbəb olan 20 bəndlik planında nəzərdə tutulub.

Onun sözlərinə görə, Təl-Əviv İsrail Müdafiə Qüvvələrinin (İMQ) "sarı xətt"dəki mövqelərinin qorunub saxlanmasında israrlıdır və HƏMAS tam tərk-silah edilənə və Qəzza zolağı demilitarizasiya olunana qədər qoşunlarını geri çəkmək niyyətində deyil. Hazırkı mərhələdə söhbət İsrailə dost ölkələrin, o cümlədən Uqanda və Mərakeşin təxminən 200 nümayəndəsindən gedir.

Kabinet həmçinin beynəlxalq təşkilatlar haqqında qanuna uyğun olaraq ISF iştirakçılarına toxunulmazlıq verib. Qüvvələr İsrail ordusunun nəzarətində olmayan ərazidə, "sarı xətt"dən kənarda İMQ ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər.

ISF-in hər bir bölməsinin yeridilməsi İsrailin Baş nazirinin, müdafiə və xarici işlər nazirlərinin ayrıca təsdiqini tələb edəcək. Yalnız İsraillə sülh müqaviləsi bağlamış və beynəlxalq arenada ona, yaxud rəsmi şəxslərinə qarşı çıxış etməyən ölkələr qüvvə göndərə biləcəklər. 

Jalə Rövşən 

NEWS FEED
27 JULY 2026
Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Azərbaycanın dövlət borcu açıqlandı 11:42 Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı 11:36 Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər? 11:18 "Qərb mənimlə ərəb olduğum üçün mübarizə apardı, ərəblər isə qadın olduğuma görə" — Zaha Hadid 11:16 Xalq artisti söyüş söydüyünə görə 40 illik həyat yoldaşı olan qadını boşadı 11:04 Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm 11:01 Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir 10:58 Müharibə Xəzər dənizinə sıçradı: Hörmüz və Qırmızı dənizdən sonra Xəzərdə silahlar açıldı 10:56 Şahin Bağırov polkovnikə yüksək VƏZİFƏ VERDİ - FOTO 10:45 Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid 10:43 Azərbaycanlı FIFA referisi UEFA-da oyunu idarə edəcək 10:39 Dana Uayt Makqreqorla bağlı pis xəbəri açıqladı 10:37 Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə bir-birinə qırdırdı – Tarixin gizli üzü 10:31 Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi 10:25 Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır 10:23 Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında 10:18 Borçalıdakı soydaşlarımızın beynini yudular - İran üçün qurban olan türk oğul - qızlarının miskin görüntüləri - VİDEO 10:17 Pirlo qərarı FIGC-də istefa dalğası yarada bilər 10:10 Pirlo ətrafında qalmaqal: Təyinat dayandırıldı 10:06 Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başladı - VİDEO 09:56 Mourinyodan sərt qərar: Bu futbolçular gedəcək 09:46 Kiyev klubundan UEFA-ya çağırış: Təxribatı araşdırın 09:44 Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO 09:41 All News