ABŞ-də anomal istilər Müstəqillik Günü tədbirlərini təxirə saldı
ABŞ-nin mərkəzi və şərq ərazilərini bürüyən anomal isti hava dalğası ölkənin Müstəqillik Günü və 250 illik yubiley şənliklərinə mane olub. Fövqəladə hava şəraiti səbəbindən Vaşinqton başda olmaqla bir çox ştatda onlarla parad, konsert və atəşfəşanlıq ləğv edilib və ya təxirə salınıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Meduza" məlumat yayıb.
Məlumata görə, Prezident Donald Trampın yubiley proqramının əsas tədbirlərindən sayılan paytaxtdakı "Böyük Amerika Dövlət Sərgisi" temperaturun 38°C-ni keçməsi səbəbi ilə bağlanıb.
İyulun 4-nə planlaşdırılan illik Müstəqillik Günü paradı isə havanın 46°C-yə çatacağı proqnozu səbəbindən təhlükəsizlik məqsədi ilə tamamilə ləğv olunub.
Kondisionerlərin kütləvi istifadəsi ölkənin elektrik şəbəkəsini iflic edib.
ABŞ-nin ən böyük operatoru PJM 67 milyon sakini enerjiyə qənaət etməyə çağırıb.
Nyu-Yorkda isə artıq 17 mindən çox abonentin elektriksiz qaldığı bildirilir.
Jalə Rövşən