ABŞ “dayan” dedi, Zelenski geri addım atdı

ABŞ “dayan” dedi, Zelenski geri addım atdı
12.08.2026 11:13 Dünya

ABŞ vitse-prezidenti J.D. Vens iyulun 31-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək Qara dənizdə tankerlərə hücumların dayandırılmasını istəyib.

TodayPress TV xəbər verir ki, "Financial Times"ın məlumatına görə, Zelenski Vensin müraciətindən sonra neft tankerlərinə qarşı hücumların dayandırılması barədə göstəriş verib.

Bildirilir ki, ABŞ Ukraynanın hücumlarının neft bazarlarında sabitliyi poza və Amerika şirkətlərinin maraqlarına zərər vura biləcəyindən narahat olub.

Ukrayna qüvvələri daha əvvəl Qazaxıstan neftinin Rusiyanın Novorossiysk limanındakı Xəzər Boru Kəməri Konsorsiumunun terminalına daşınmasında istifadə olunan tankerlərə zərbələr endirib.

Məlumata görə, Vensin Zelenskiyə zəngindən sonra CPC terminalı yaxınlığındakı gəmilərə yeni hücum qeydə alınmayıb.

Ukrayna tərəfi isə ABŞ ilə  razılaşdırılmış mexanizmlər çərçivəsində Rusiyaya aid olmayan və Rusiya nefti daşımayan gəmilərə hücumların dayandırılması məsələsində Vaşinqtonun mövqeyini nəzərə aldığını bildirib.

Jalə Rövşən 

NEWS FEED
12 AUGUST 2026
“Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu 13:06 Rusiya Kiyevə hücum etdi - VİDEO 12:35 Prezidentin yeni təyinat verdiyi Nərminə Mustafayeva kimdir? – DOSYE 12:13 Azərbaycanda işsizlərin sayı artdı 11:17 Azərbaycanda mənzillər bahalaşdı 11:45 Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:40 ADY: Naxçıvanın Ermənistanla sərhədindən ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır 11:22 Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 11:49 Qara dənizdə Rusiyayanın iki dron vuruldu - VİDEO 11:14 Azərbaycanın Latviyadakı səfiri geri çağırıldı, yenisi təyin olundu 11:29 Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi 11:26 ABŞ “dayan” dedi, Zelenski geri addım atdı 11:13 Mourinyo-Qvardiola gərginliyi yenidən gündəmdə: filmə belə düşmədi 10:50 37 nəfər Almaniyadan Azərbaycana qaytarılıb - DMX 10:45 Superkubok həyəcanı! Vitinya “Aston Villa” qarşısında PSJ-yə güvənir 10:48 Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə oldu 10:17 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı 09:58 Avropada daha bir zəfər! “Sabah” Azərbaycana xal qazandırdı 10:34 Naxçıvana 258 milyon manat ayrıldı - PREZİDENT SƏRƏNCAM İMZALADI 10:24 “Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi 10:19 XİN-dən gənclərə təbrik: “Böyük qürur hissi doğurur” 09:46 Trampdan etiraf: "Onlar nə deyirsə, mən onu edirəm" 09:45 İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir 10:03 All News