18 yaşına çatanlar ölkəni tərk etməlidir – Putindən miqrantlarla bağlı yeni qərar
Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarının ölkədə işləməsi ilə bağlı tələbləri sərtləşdirən qanunu imzalayıb.
TodayPress TV xəbər verir ki, yeni qanuna əsasən, əmək miqrantları Rusiyada yaşayan özlərini və ailə üzvlərini yaşayış minimumundan, həmçinin müvafiq region üçün müəyyən edilmiş əmsal nəzərə alınmaqla hesablanan məbləğdən aşağı olmayan səviyyədə təmin etməlidirlər.
Qanunda əmək miqrantlarının övladları ilə bağlı da yeni qaydalar əksini tapıb. Belə ki, onların uşaqları yalnız valideynlərinin iş icazəsinin qüvvədə olduğu müddətdə Rusiyada qala biləcəklər.
Bundan əlavə, miqrantların övladları 18 yaşına çatdıqdan sonra ya Rusiyanı tərk etməli, ya da 30 gün ərzində patent almaq üçün müraciət etməlidirlər.