Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
07.11.2025 22:15 Daxili siyasət

Azərbaycan jurnalistləri adından Mətbuat Şurasının İdarə Heyəti 8 noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

Möhtərəm cənab Prezident,

Dövlətimizin rəhbəri və Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik, prinsipial və qətiyyətli siyasətiniz, xalqımızın sarsılmaz iradəsi, dövlət-xalq birliyi, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində müasir tariximizin ən parlaq səhifələrindən birinə çevrilmiş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü böyük qürurla qeyd edirik.

Siz yalnız hərb meydanında deyil, eyni zamanda, diplomatiya və informasiya cəbhələrində aparılan mübarizə nəticəsində qazanılmış bu şanlı Qələbənin əsas memarısınız.

44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-dan artıq nüfuzlu media qurumuna verdiyiniz müsahibələrdə Azərbaycanın haqlı mövqeyini, tarixi ədalətin bərpası uğrunda aparılan mübarizəni yüksək peşəkarlıq və böyük məharətlə ifadə etdiniz. Bəzən qərəzli sualları belə tarixin və ədalətin səsi kimi təmkinlə cavablandırdınız, fakt və arqumentlərlə xalqımızın səsini bütün dünyaya çatdırdınız.

Azərbaycan mediası, jurnalistlərimiz Sizin ətrafınızda yumruq kimi birləşərək həm cəbhə bölgəsindən, həm də diplomatik və informasiya səngərlərindən vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti operativ və obyektiv məlumatlandırdılar. Jurnalistlərimiz məhz Sizdən nümunə götürərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, ölkəmizə yönəlmiş dezinformasiya və təxribatlara qarşı mübarizədə əsl peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərdilər. Onlar informasiya cəbhəsinin əsgərlərinə çevrilərək Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər.

Bu gün artıq müharibə geridə qalıb, xalqımız işğaldan azad olunmuş torpaqlarımızın dirçəlişi və “Böyük Qayıdış” dövrünü yaşayır. Sürətlə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yeni simasının formalaşması Azərbaycan dövlətinin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirir. Bu prosesdə Azərbaycan mediası da fəal iştirak edir – görülən işləri işıqlandırır, Vətən torpaqlarına qayıdan insanların sevincini, quruculuğun miqyasını və dövlət siyasətinin mahiyyətini xalqa və dünyaya dolğun çatdırır.

Sizin mediaya göstərdiyiniz diqqət və qayğı jurnalistlər üçün həm mənəvi dəstək, həm də böyük stimul mənbəyidir. Medianı milli maraqların müdafiəsində mühüm qüvvə kimi qiymətləndirməyiniz, onun azad, məsuliyyətli və vətənpərvər fəaliyyətinə verdiyiniz önəm ölkəmizdə media mühitinin inkişafına yeni nəfəs gətirib.

Bu inkişafın bariz nümunələrindən biri də Şuşa Qlobal Media Forumudur. Ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən bu mötəbər tədbir təkcə media müzakirəsi deyil, həm də Azərbaycanın dünyaya bəyan etdiyi sülh, ədalət və əməkdaşlıq mesajının ifadəsidir.

Möhtərəm cənab Prezident,

Bu möhtəşəm və tarixi gündə Sizi media ictimaiyyəti, jurnalistlərimiz adından təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi naminə ali və şərəfli dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq.

Qoy, bu Zəfər gələcək nəsillərə milli birlik, dövlətçilik və qürur nümunəsi olsun!

TodayPress TV

NEWS FEED
30 JULY 2026
İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 All News