İnformasiya təhlükəsizliyi ilə bağlı “Təhdidlər və həllər” kataloqu yaradılacaq

İnformasiya təhlükəsizliyi ilə bağlı “Təhdidlər və həllər” kataloqu yaradılacaq
26.12.2025 12:32 Daxili siyasət

İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda risklər reyestrinin sahibi tərəfindən informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılmasının hüquqi, texniki və təşkilati əsaslarına, risklərin qiymətləndirilməsinə, risklərin emalının təşkilinə və təmin olunmasına, reyestrlərin hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən könüllülük əsasında aparılmasına, habelə risklər reyestrinin sahibi və operatoru üçün həmin reyestrdə olan biliklər və yeni aşkar olunan təhdidlər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə və onların yenilənməsinə dair tələblər nəzərdə tutulub.

Qərarla dövlət orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər büdcə təşkilatları məsul olduqları informasiya məkanlarında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədilə 6 ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrinin yeni təsdiqlənən qaydanın tələblərinə uyğun formalaşdırılmasını təmin etməlidirlər.

"İnformasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin kateqoriyalar üzrə təsnifatlaşdırılmış toplusu"nun daxil edilməsi və daim yenilənməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet informasiya ehtiyatında "Təhdidlər və həllər" kataloqu yaradılacaq.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 All News