Hesablama Palatasının yeni səlahiyyətləri TƏSDİQLƏNDİ

Hesablama Palatasının yeni səlahiyyətləri TƏSDİQLƏNDİ
10.07.2026 11:51 Daxili siyasət

Milli Məclisin (MM) növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi son oxunuşda qəbul edilib.

TodayPress TV xəbər verir ki, sənəd Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək.

Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.

Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır 20:10 “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - VİDEO 19:58 İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində oldu - YENİLƏNDİ 19:53 Zelenski “gənə”yə bənzədildi 19:36 Bakı Bulvarında DƏHŞƏTLİ HADİSƏ - VİDEO 19:20 İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb 19:09 Azov dənizində gərgin gecə - VİDEO 19:06 Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı 19:00 Müharibənin gedişini dəyişə biləcək İDDİA - YENİ SİSTEM 18:41 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü - YENİLƏNDİ 14:10 Ermənistan yığması Bakıya gəlməkdən İMTİNA ETDİ 18:34 Prezidentin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən paylaşım edildi - VİDEO 18:21 İlham Əliyev Xankəndidə yeni hotelin açılışını etdi 18:10 Güclü leysan Moskvanı iflic etdi - VİDEO 18:07 Kiyevin yeraltı "Dron Bunkeri" Vaşinqtonu hərəkətə gətirdi 17:01 Nəyə görə dünyasını dəyişənlər yuxumuza girir? Səbəb bu imiş... 16:15 Məhşur rus çempionuna unikal seçim: Rusiyanın şərəfindənsə, Azərbaycanın şərəfi daha üstündür 16:40 Polşa başına bomba yağdırmaq istəmir, əlində olanları Ukraynaya verir 16:36 Tayvanda baş verən dəhşətli tayfununun GÖRÜNTÜLƏRİ 16:45 Rusiya Sumıya zərbə endirdi, dörd nəfər öldü - YENİLƏNDİ 16:12 Flik köhnə tanışını "Kamp Nou"ya gətirir! – Kərim Adeyemi "Barselona" ilə müqavilə imzalayır 16:01 İsrail Livanın cənubuna hava zərbələri endirdi 15:58 "Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı oldu 16:25 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub 16:06 "Apple"ın ilk qatlana bilən smartfonu gəlir 15:53 Bütün Xəbərlər