COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşdü

COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşdü
16.11.2025 09:35 Tədbirlər

COP29 Sədrliyi tərəfindən irəli sürülən “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik” təşəbbüsü çərçivəsində Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim sammitində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq sahəsində təcrübəsini bölüşüb.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Muxtar Babayev bu təşəbbüsə artıq 70-ə yaxın ölkənin qoşulduğunu bildirib. “Azərbaycanın milli səviyyədə gördüyü tədbirlər və regional təşəbbüsləri bu qlobal təşəbbüsün məqsədlərinə birbaşa töhfə verir. Ölkəmiz hazırda yaşıl enerji ötürülməsi üzrə mühüm regional mərkəzə çevrilir. Ölkənin iştirakı ilə dörd regional yaşıl enerji dəhlizi layihəsi həyata keçirilir. Onlardan biri olan “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizi layihəsi Qazaxıstan və Özbəkistanın elektrik şəbəkələrini Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel vasitəsilə Azərbaycanın şəbəkəsinə birləşdirəcək. Bu layihə vasitəsilə regionun yaşıl enerjisinin Avropa bazarlarına ixracı nəzərdə tutulur.

Həmçinin 2027-ci ilin sonuna qədər Azərbaycan milli enerji sisteminə təxminən 2 qiqavat (GW) bərpaolunan enerji gücünü inteqrasiya etməyi planlaşdırır. Bunun üçün enerji şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası istiqamətində kompleks təhlillər aparılıb və hədəflənmiş addımlar atılır.

Azərbaycanın enerji şəbəkəsinin modernləşdirilməsi məqsədilə Energetika Nazirliyi beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın ötürücü enerji şəbəkəsinin təhlilinin aparılması üçün Anlaşma Memorandumu imzalayıb. Bu təşəbbüs Azərbaycanda bərpaolunan enerji istehsalının artımını dəstəkləyəcək və ölkənin regional enerji ixracatçısı rolunu gücləndirəcək”, - deyə Muxtar Babayev diqqətə çatdırıb.

Həmçinin, COP29 Sədri bildirilib ki, “DIgSILENT” platforması vasitəsilə statik və dinamik enerji şəbəkəsi modelləri yaradılacaq və real əməliyyat ssenarilərinə uyğun test olunacaq. Paralel olaraq, 2040-cı ilə qədər elektrik enerjisi tələbatına dair uzunmüddətli proqnozlar “Plexos” simulyasiya platforması üzərindən həyata keçiriləcək.

“Yenilənən enerji mənbələrinin böyük həcmdə inteqrasiyasını dəstəkləmək üçün ölkədə iki batareya enerjisaxlanma sisteminin quraşdırılması planlaşdırılır. Ümumi gücü 250 meqavat (MW), saxlanma həcmi isə 500 meqavat-saat (MWh) olan bu sistemlər 2 qiqavatlıq bərpaolunan enerji gücünün şəbəkəyə sabit inteqrasiyasını təmin edəcək. Bu istiqamətdə tender artıq başa çatıb və quraşdırma işləri davam edir”, - deyə Muxtar Babayev əlavə edib.

M.Babayev vurğulayıb ki, “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik” təşəbbüsü enerji sistemində çeviklik, dayanıqlıq və karbon emissiyasının azaldılması üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan bu təşəbbüsün məqsədləri ilə tam şəkildə uzlaşan uzunmüddətli enerji strategiyası həyata keçirir və yaşıl enerji keçidinin həm davamlı, həm də inklüziv olmasına çalışır.

NEWS FEED
30 JULY 2026
Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 All News