Zakir Fərəcov səyyar qəbul keçirdi

Zakir Fərəcov səyyar qəbul keçirdi
10.04.2026 14:59 Cəmiyyət

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən növbəti səyyar qəbul keçirilib.

İH-dən TodayPress TV -yə verilən xəbərə görə, qəbul Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində təşkil olunub. Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də yerli sakinlər iştirak ediblər.

Şəhər rəhbəri səyyar qəbulların keçirilməsinin əsas məqsədinin vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, onların gündəlik həyatında qarşılaşdıqları çətinliklərin yerində öyrənilməsi və operativ şəkildə aradan qaldırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu cür görüşlər vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qəbul zamanı sakinlər tərəfindən əsasən sosial təminat, məşğulluq imkanlarının genişləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərlə bağlı məsələlər və digər aktual problemlər qaldırılıb. Müraciətlərin bir hissəsi yerində araşdırılaraq müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib, onların icrası nəzarətə götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhərində sakinlərin müraciətlərinin vaxtında araşdırılması və operativ həlli məqsədilə səyyar qəbullar mütəmadi olaraq keçirilir.

TodayPress TV


PHOTOS

Zakir Fərəcov səyyar qəbul keçirdi — 1
Zakir Fərəcov səyyar qəbul keçirdi — 2
Zakir Fərəcov səyyar qəbul keçirdi — 3
NEWS FEED
30 JULY 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 All News