Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir?

Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir?
05.08.2026 15:24 Cəmiyyət

El arasında geniş yayılmış bir deyim var: adında “r” hərfi olmayan aylarda – yəni may, iyun, iyul və avqustda – balıq tutmaq və yemək olmaz. Səbəb kimi isə balıqların bu dövrdə kürü tökdüyü göstərilir. Lakin dəniz kənarında, çaylarda və kanallarda hələ də ov alətləri ilə gəzən insanlara rast gəlinir. 

Bəs bu dövrdə balıq tutmaq düzgündürmü?

Bu fikir əsasən Avropa xalq mədəniyyətindən gəlir. Əvvəllər, xüsusən isti yay aylarında soyuducu texnologiyası olmadığı üçün dəniz məhsulları tez xarab olurdu. Eyni zamanda bəzi növlər yayda kürü tökür və əti keyfiyyətsiz olurdu. 

Ancaq bu fikrin elmi açıqlaması yoxdur, çünki bütün balıq növləri eyni vaxtda kürü tökmür. Bəzi növlər yazda, bəziləri yayda, digərləri isə payızda çoxalır. Bundan əlavə, müasir soyuducu imkanları sayəsində təzə və düzgün saxlanılmış balığın yayda istehlakı sağlamlıq baxımından problem yaratmır.

Ölkəmizdə balıq ehtiyatlarının qorunması məqsədilə rəsmi qaydalar mövcuddur. Nazirlər Kabinetinin təsdiq etdiyi “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürü tökülmə dövrü ilə əlaqədar hər il müəyyən müddətə ov qadağası tətbiq olunur. 

Xəzər dənizində sənaye və həvəskar balıq ovu adətən 1 maydan 1 sentyabra qədər məhdudlaşdırılır. Daxili su hövzələrində – Kür çayı, Mingəçevir, Şəmkir, Araz və digər su anbarlarında isə bu müddət aprelin 1-dən sentyabrın 1-dək davam edir. Nərə balıqlarının ovu isə ümumiyyətlə ciddi şəkildə məhdudlaşdırılıb və kommersiya məqsədilə qadağandır. Bu qadağalar balıq populyasiyasının bərpası və ekoloji tarazlığın qorunması üçün vacibdir. Kürü tökən dövrdə ov balıqların gələcək nəslinə birbaşa zərbə vurur.

Bir çox həvəskar balıqçı qadağa müddətlərindən xəbərsizdir və ya onları ciddi qəbul etmir. Bəziləri isə yalnız müəyyən növləri və ya icazə verilən alətlərlə ovladıqlarını düşünür. Nəticədə həm qanunsuz ov halları baş verir, həm də ehtiyatlar zərər görür.

Türkan İsgəndərli

NEWS FEED
05 AUGUST 2026
Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 All News