Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA

Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA
23.07.2026 14:29 Cəmiyyət

Yay mövsümünün gəlişi ilə yollarda yol-nəqliyyat hadisələrinin sayının nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. Ağır qəzaların, eləcə də nasazlıq səbəbindən yolda qalan avtomobillərin sayında da ciddi artım qeydə alınır.

Maraqlıdır, niyə məhz yayda qəzaların sayı artır və avtomobillər daha tez-tez nasaz vəziyyətdə yollarda qalır?


Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı TodayPress TV-yə açıqlamasında bildirib ki, qəzaların sayının artması mövsümi amillərlə də bağlıdır:

"Qayda pozan sürücülərin sayının artdığını qeyd edə bilərik. Nizam-intizamın aşağı səviyyədə olmasını da vurğulamaq lazımdır. Yay aylarında insanlar daha çox səyahət edir, turizm bölgələrinə üz tutur, istirahət və tətil məqsədilə səfərlərə çıxırlar. Belə olduqda yollarda hərəkətin intensivliyi artır. Hərəkətlilik artdıqca isə yol hərəkəti qaydalarına daha ciddi əməl olunmalıdır. Təəssüf ki, bəzi sürücülər bunu gözardı edir, məsələyə ciddi yanaşmırlar və nəticədə ağır qəzalar baş verir".

Mütəxəssis qeyd edib ki, artıq vəziyyət narahatlıq doğuran həddə çatıb:

"Hesab edirəm ki, bu məsələdə nəzarət mexanizminin gücləndirilməsinə ciddi ehtiyac var. Nəzarət xüsusi texniki vasitələrdən, eləcə də ərazidə xidmət aparan polis əməkdaşlarının imkanlarından daha səmərəli istifadə etməklə gücləndirilə bilər". 

Elməddin Muradlı cərimələrin tətbiq olunmasına baxmayaraq vəziyyətin hələ də dəyişmədiyini vurğulayıb:

"Bu qədər cəza tətbiq olunur, bu qədər cərimə yazılır, amma görürsünüz ki, vəziyyət dəyişmir. Deməli, burada fərqli yanaşmalara da ehtiyac var. Sürücü hazırlığı istənilən səviyyədə deyil. Bir çox sürücü yol hərəkəti qaydalarına biganə yanaşır və nəzərə almır ki, ən kiçik bir səhv belə qarşısıalınmaz, geri dönüşü olmayan ağır nəticələrə səbəb ola bilər". 

Jalə Rövşən

PHOTOS

Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA — 1
NEWS FEED
23 JULY 2026
"Arsenal" Xristos Tzolisi heyətinə qatdı 17:42 Tramp Əli əl-Zaidini Müctəba Xameneiyə elçi göndərdi -İDDİA 17:23 Bu ölkələr İrandan diplomatlarını çıxarmağa başladı: Nə baş verir? 17:03 Avropa İttifaqı Rusiya ilə bağlı addım atdı - Qərar verildi 17:02 Rusiya təyyarəsi ilə bağlı diqqətçəkən iddia - Qəza yoxsa təxribat? 16:44 Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı 16:31 "Google" 100 milyonlarla avro cərimələndi - SƏBƏB? 16:21 İranda jurnalist canlı yayıma snayperlə çıxdı - VİDEO 15:58 Beyləqanda baş vermiş silahlı insidentlə bağlı məhkəmə başlayır 15:55 “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir? 15:44 Rusiya 400 məktəblini Şimali Koreyaya niyə göndərdi ? -VİDEO 15:41 Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı 15:27 "Araz-Naxçıvan" heyətini qvineyalı futbolçu ilə gücləndirdi 15:27 Tofiq Mirzəyev İsraildə dəfn olundu 15:08 Azərbaycana turist axını 10 %-dən çox azalıb 15:00 ABŞ boğaza kimi borcun içindədir - Vaşinqtonun borclandığı ölkələrin SİYAHISI 14:54 TƏCİLİ - Moskvada təyyarə qəzaya uğradı 14:45 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA 14:40 İraqın Baş naziri Tehrana səfər etdi 14:14 23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi 13:59 İlhamə Novruzova vəzifəsindən azad edildi 13:43 İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək 13:33 İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO 13:26 Vaşinqton Kubaya yeni şərtlər irəli sürür - Ya dəyişəcəksiniz, ya da... 13:22 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi 13:16 All News