Yağışdan sonra yağış kimi yağan xəstəliklər

Yağışdan sonra yağış kimi yağan xəstəliklər
07.04.2026 17:34 Cəmiyyət

2026-cı ilin mart və aprel aylarında Dağıstanda baş verən güclü daşqınlar nəticəsində Rusiyanın "Rospotrebnadzor" qurumu "Hepatit A" virusuna (HAV) qarşı təcili peyvəndləmə kampaniyasına başlayıb. Bu addım daşqınların su təchizatı və kanalizasiya sistemlərini çirkləndirməsi nəticəsində infeksiya ocaqlarının yaranma riskinin kəskin artmasına görə atılıb. Eyni dövrdə Azərbaycanda da müşahidə olunan güclü leysan yağışları Bakı şəhəri və bölgələrdə iri gölməçələr, sel axınları və subasmalar yaradıb.

"Hepatit A" virusu nədir?

"Hepatit A" virusu (HAV) "Picornaviridae" ailəsinə aid, qeyri-qişalı və "RNT" tərkibli bir virusdur. Bu virus əsasən çirklənmiş su, qida və ya birbaşa təmas vasitəsilə yayılır. Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, su ilə bağlı yaranan epidemiyalar adətən kanalizasiya suları ilə çirklənən mənbələrdə baş verir və virus xarici mühitdə aylarla sağ qala bilir.


HAV xarici mühit amillərinə qarşı olduqca davamlıdır. Aşağı pH səviyyəsi, orta temperatur və su mühitində 12 həftədən çox infeksion qabiliyyətini qoruyub saxlayır. Elmi araşdırmalar göstərib ki, virus torpaqda, yeraltı sularda və çirklənmiş səth sularında uzun müddət aktiv qalır.

Beynəlxalq təcrübə nümunələri

2026-cı ilin mart ayının sonunda Dağıstanda Gedjux su anbarının partlaması və ardınca gələn sel nəticəsində minlərlə insan evini tərk edib, bölgənin kommunal infrastrukturu ciddi zədələnib. 4 aprel tarixindən etibarən fövqəladə zonalarda qida sektoru, təhsil və tibb müəssisələrinin əməkdaşları, eləcə də kanalizasiya işçiləri üçün təcili immunizasiya tədbirləri görülüb. Hətta Kaspiysk şəhərində içməli sudan kütləvi zəhərlənmə halları qeydə alınıb.

Oxşar vəziyyət Braziliyanın Rio Qrande do Sul ştatında 2024-cü il daşqınlarından sonra da müşahidə olunub. Aparılan monitorinqlər nəticəsində sel sularında HAV genomu aşkarlanıb. Maraqlıdır ki, hadisədən bir il keçməsinə baxmayaraq, müxtəlif nöqtələrdə virus hələ də pozitiv çıxıb ki, bu da əhalidə virusun aktiv dövranı və zəif sanitariya ilə əlaqələndirilib. ABŞ-də isə 1971-2008-ci illər arasında su ilə bağlı HAV epidemiyalarının 72%-i məhz çirklənən yeraltı sularla bağlı olub.

Azərbaycan üçün risk var?

Azərbaycan HAV baxımından orta endemik region hesab olunur və 2024-cü ildə də su ilə bağlı yoluxma şübhələri yaranıb. Bakı və Abşeron yarımadasında, eləcə də Gəncə və Şabran kimi rayonlarda baş verən son subasmalar drenaj sistemlərinin dolmasına və kanalizasiya sularının səth sularına qarışmasına şərait göstərib. Ancaq hazırda ölkəmizdə belə təhlükənin olmadığı bildirilir.

Riskləri azaltmağın yolları

Risk qrupları və seldən zərər çəkən əhali arasında HAV peyvəndləməsi genişləndirilməlidir. Əhali qaynamamış su içməməli, fərdi gigiyena və qidaların təmizliyi qaydalarına ciddi riayət etməlidir.

Türkan İsgəndərli

NEWS FEED
31 JULY 2026
150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 All News