Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi
17.08.2026 20:45 Cəmiyyət

Xırdalan şəhərinin Heydər Əliyev prospektində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

AYNA-dan TodayPress TV-yə verilən xəbərə görə, məhdudiyyət səbəbindən E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.

Bildirilib ki, E2 nömrəli marşrut “20 Yanvar” metrostansiyasından Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə, Mehdi Hüseynzadə küçələri ilə fəaliyyət göstərir. Başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində təşkil edilib.

Qeyd edilib ki, 135 nömrəli marşrutun avtobusları başlanğıc dayanacaq məntəqəsi Mehdi Hüseynzadə küçəsi olmaqla Heydər Əliyev prospekti ilə hərəkət edir.

517 nömrəli marşrut iki istiqamət üzrə fəaliyyət göstərir:

1-ci istiqamət Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi) – Həsən Əliyev küçəsi (dairəvi hərəkət),

2-ci istiqamət isə başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə Heydər Əliyev prospektidir.

515, 523 və 596 nömrəli marşrutlar Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri ilə fəaliyyət göstərir.

535 nömrəli marşrutun son dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişmənin yaxınlığına təşkil edilib.

592 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığına təşkil olunub.

NEWS FEED
17 AUGUST 2026
İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 All News