Türkiyəli prokuror və hakimlər ölkəmizdə səfərdədir

Türkiyəli prokuror və hakimlər ölkəmizdə səfərdədir
16.01.2026 20:30 Cəmiyyət

Yanvarın 16-da İstanbul şəhəri Baş prokurorunun müavini Can Tuncayın rəhbərlik etdiyi prokuror və hakimlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına, o cümlədən Bakı şəhərinə işgüzar səfəri reallaşdırılıb.

TodayPress TV xəbər verir ki, səfərin məqsədi prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, institusional təcrübə mübadiləsinin aparılması və hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində qonaqlar Bakı şəhər prokurorluğunda olub.

Qonaqları qəbul edən Bakı şəhər prokuroru Elşən Abbasov prokurorluq orqanlarının fəaliyyəti, idarəetmə sistemi, struktur quruluşu və səlahiyyət dairəsi, habelə istintaq, prosessual nəzarət və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə onlara ətraflı məlumat verib.

Görüşdə hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, hüquqi sahədə təcrübə mübadiləsinin institusional əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.

Nümayəndə heyətinə “Elektron Prokurorluq” İnformasiya Sisteminin fəaliyyəti, sistem çərçivəsində tətbiq edilən müasir rəqəmsal həllər, elektron xidmətlər, vətəndaş müraciətlərinin operativ, şəffaf və effektiv şəkildə icrasına imkan verən mexanizmlər barədə geniş təqdimat keçirilib. Sözügedən sistemin funksionallığı, məlumatların inteqrasiyası imkanları və innovativ yanaşmaları qonaqlarda xüsusi maraq doğurub, rəqəmsallaşma sahəsində təcrübə mübadiləsinin gələcək əməkdaşlıq baxımından faydalı olacağı qeyd edilib.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən qəbul edilib. Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması vurğulanıb, bu münasibətlərin hüquq-mühafizə orqanları, xüsusilə prokurorluq qurumları arasında əlaqələrin daha da dərinləşməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlverişli şərait yaratdığı bildirilib.

Baş prokuror, həmçinin İstanbul şəhər prokurorluğu tərəfindən Qarabağ Universitetinin kitabxanasına hüquq sahəsinə dair xeyli sayda elmi və tədris vəsaitinin bağışlanmasını məmnunluq hissi ilə qeyd edib, bu təşəbbüsün gənc hüquqşünasların hazırlanması, elmi-tədqiqat fəaliyyətinin təşviqi və hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, göstərilən diqqət və dəstəyə görə öz təşəkkürünü ifadə edib.

Tərəflər arasında hüquqi sahədə mövcud əlaqələrin daha da möhkəmləndirilməsinin, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin, peşəkar kadrların hazırlığı, təlim proqramlarının təşkili və institusional təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Gələcək dövrdə əlaqələrin davam etdirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və əməkdaşlığın yeni formatlar üzrə inkişaf etdirilməsi barədə razılıq ifadə olunub.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 All News