Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək?

Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək?
05.08.2026 14:30 Cəmiyyət

Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində təpəlik ərazidən qopan torpaq kütləsi yol kənarında park edilmiş bir neçə avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə müxtəlif dərəcəli ziyan dəyib.

Bəs belə hallarda avtomobillərə dəyən zərər sığorta tərəfindən qarşılanırmı?

Məsələ ilə bağlı sığorta eksperti Şahin İsmayılov TodayPress TV-yə bildirib ki, bu cür təbii hadisələr zamanı dəyən ziyanın ödənilməsi avtomobil sahibinin hansı sığorta növünə malik olmasından asılıdır.


"Əgər avtomobil könüllü kasko sığortası ilə sığortalanıbsa və müqavilənin şərtlərinə əsasən bu cür risklər təminata daxildirsə, avtomobil sahibinə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilir".

Onun sözlərinə görə, yalnız icbari avtomobil sığortası olan nəqliyyat vasitələri bu cür hallarda təminat almır.

"İcbari avtomobil sığortası təbii fəlakətlər və ya torpaq sürüşməsi nəticəsində avtomobilə dəyən ziyanı əhatə etmir. Bu səbəbdən kasko sığortası olmayan avtomobil sahibləri dəymiş zərəri öz vəsaitləri hesabına aradan qaldırmalı olurlar", – deyə Şahin İsmayılov vurğulayıb.

Ekspert əlavə edib ki, avtomobil sahibləri kasko sığortası bağlayarkən müqavilənin şərtlərinə diqqət yetirməli, təbii fəlakətlər, torpaq sürüşməsi, sel və digər risklərin təminata daxil olub-olmadığını əvvəlcədən dəqiqləşdirməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? — 1
NEWS FEED
05 AUGUST 2026
Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 All News