“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi
27.05.2025 15:12 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar, prokurorluq orqanları tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. 

TodayPress TV xəbər verir ki, bu tədbirlərin davamı olaraq, mayın 27-də Qəbələ şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda regional konfrans keçirilib. 

Tədbirdə 12 regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.  Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Açılış nitqi zamanı Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq və əməliyyat-axtarış fəaliyyətində qanunlara nəzarət idarəsinin rəisi Mahir Abbasov milli suverenliyin hüquqi əsasları və təminat mexanizmləri barədə geniş məlumat verib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli suverenliyin möhkəmləndirilməsi və hüquqi təminatların gücləndirilməsi istiqamətində əldə olunan böyük nailiyyətləri və bu sahədə dövlət siyasətinin davamlı inkişafını xüsusi vurğulayıb. 

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova rayon səviyyəsində hüquqi maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edib.

O, regional təşəbbüslərin vətəndaşların hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını bildirərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın konstitusiya quruculuğundakı əvəzsiz rolunu xüsusi vurğulayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxışında milli suverenliyin hüquqi əsaslarının möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının funksional roluna diqqət çəkib.

O bildirib ki, ictimai asayişin təmin olunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin qorunması dövlətin suveren hüquqlarının həyata keçirilməsi üçün əsas şərtlərdir. 

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi - Mətbuat katibi Anar Eyvazov Azərbaycanın dövlət suverenliyinin qorunmasında xalqımızın fədakarlıqlarını vurğulayıb.

O, Azərbaycan Ordusunun formalaşması və müasir silahlı qüvvələrin yaradılmasının milli maraqların təminatında həlledici rol oynadığını qeyd edib. Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının dövrün tələblərinə uyğun inkişaf etdirildiyini, dövlət-ordu-xalq birliyinin gücləndirilməsinin vacibliyini bildirib.

Həmçinin, dezinformasiyalara qarşı mübarizədə effektiv kommunikasiyanın və rəsmi məlumatların ictimailəşdirilməsinin önəmini vurğulayıb. 

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında cəmiyyətdə hüquqi şüurun formalaşdırılması, dövlət orqanlarının fəaliyyətinə inamın gücləndirilməsi və milli suverenliyin dayanıqlı şəkildə qorunması üçün hüquqi informasiyanın düzgün və vaxtında çatdırılmasının vacibliyini vurğulayıb.

O bildirib ki, bu istiqamətdə prokurorluğun media ilə əlaqələrinin möhkəmləndirilməsi prioritetdir. 

Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə medianın hüquqi maarifləndirmədə və ictimai nəzarətin formalaşmasında mühüm rol oynadığını bildirib, jurnalistlərin hüquqi biliklərinin artırılması və onların fəaliyyətinin hüquqi müstəvidə qorunmasının vacibliyini qeyd edib. 

Qəbələ Rayon Ağsaqqallar Şurasının üzvü Telman Abdulxalıqov isə milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin hüquqi və vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. 

Tədbir çərçivəsində dövlət qurumları ilə ictimai təşkilatlar arasında əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin tətbiqi və hüquqi maarifləndirmə strategiyalarının təkmilləşdirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib. 

Konfransın sonunda “Suverenlik və hüquqi təminatlar” mövzusunda sənədli film nümayiş olunub və iştirakçılarla xatirə fotoşəkili çəkilib.

FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi — 1
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi — 2
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi — 3
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi — 4
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi — 5
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi — 6
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi — 7
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi — 8
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qəbələdə regional konfrans keçirildi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər