Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək”

Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək”
23.06.2026 16:28 Cəmiyyət

Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında hansı peşələrin gələcəyinin daha parlaq olacağı ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Bir çox valideyn və abituriyent hesab edir ki, gələcəyin ən təhlükəsiz və perspektivli sahələri kompüter mühəndisliyi, proqramlaşdırma və informasiya texnologiyaları ilə bağlı ixtisaslardır. 

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev bu yanaşmanın birtərəfli olduğunu düşünür.


Ekspertin sözlərinə görə, süni intellektin inkişafı nəticəsində məhz kompüter və informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər də ciddi rəqabətlə üzləşə bilərlər.

"Hamı deyir ki, süni intellekt dövrüdür, məhz buna görə də kompüter yönümlü ixtisaslara istiqamətlənmək lazımdır. Amma çoxları nəzərə almır ki, elə süni intellektin təsirinə məruz qalan sahələrdən biri də kompüter mühəndisləri və informasiya texnologiyaları üzrə məzunlar olacaq".

O hesab edir ki, son illərdə bu sahələrə marağın kəskin artması yaxın gələcəkdə əmək bazarında rəqabəti daha da gücləndirəcək.

"Çoxluq bu istiqamətə meyilləndiyi üçün rəqabət artacaq. Nəticədə əmək bazarında daha güclü və peşəkar kadrlar qalacaq. Digərləri isə iş tapmaqda çətinlik çəkəcək və ya ixtisarlarla üzləşəcəklər".

Ramin Nurəliyevin fikrincə, gənclər peşə seçimi zamanı yalnız trendə çevrilmiş sahələrə deyil, öz bacarıq və maraqlarına uyğun istiqamətlərə üstünlük verməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
11 AUGUST 2026
İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçında dördüncü QOL - YENİLƏNDİ - VİDEO 20:08 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 All News